Yuxarı

Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barəsində qərar verilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, söküntü ilə bağlı saxlanılan Qala Eynullayev azadlığa buraxılıb.

Məlumata görə, bu, zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra baş verib.

Xatırladaq ki, ötən ay Xətai Rayon Məhkəməsinin qərarına əsasən, "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bu il martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində qanunsuz söküntü işləri aparılıb.

Fakta görə, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, söküntü işləri aparan ekskavator sürücüsü Eynullayev Qala Seymur oğlu saxlanılıblar.

Qalib Məmmədov və Qala Eynullayev barəsində martın 29-da Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Qalib Məmmədova Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2025.06.23 / 12:58
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər?

ABŞ İrana yenidən zərbə endirə bilərmi?

Bu “bank”ın baş filialı Xankəndidə idi… - Araik

İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı

İran diplomatiya yolunu tərk etməyib - Ağayi

İranda müharibə nə qədər davam edəcək?

Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?

Prezident Goranboya getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla