Yuxarı

“AzerGold”un sikkələri beynəlxalq sərgidə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qiymətli metallar sənayesi üzrə aparıcı dövlət şirkəti olan “AzerGold” QSC ölkəmizi növbəti dəfə beynəlxalq platformada uğurla təmsil edib.

Şirkətin qızıl və gümüş kolleksiyaları 20-22 iyun tarixlərində keçirilən 14-cü Honkonq Beynəlxalq Numizmatika Sərgisində ilk dəfə nümayiş olunub.

Bu beynəlxalq tədbir nadir sikkələr, qiymətli metallar, tarixi əskinas kolleksiyalarına dair dünyanın ən nüfuzlu sərgilərindən biri kimi tanınır. Hər il burada müxtəlif ölkələrdən dövlət zərbxanaları, numizmatika şirkətləri və kolleksiyaçılar iştirak edirlər.

6 min nəfərdən çox ziyarətçinin qatıldığı sərgidə təqdim edilən sikkələr Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən dizaynı, yüksək keyfiyyəti ilə iştirakçı şirkətlər və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində “AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, İçərişəhərə, həmçinin Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi, “Qarabağ kolleksiyası”na aid qiymətli məhsullar və digər tematik sikkələr yer alıb.

Sərgi çərçivəsində həmçinin regionun satış platformaları ilə birbaşa əlaqələrin qurulması, eləcə də distribusiya imkanları və əməkdaşlıq potensialının dəyərləndirilməsi məqsədi ilə Honkonqun qiymətli metalların satışı üzrə aparıcı şirkətlərindən olan “Precious Metals Asia”, o cümlədən “Kinesis” şirkətinin təmsilçiləri ilə işgüzar formatda görüşlər keçirilib.

Tarix
2025.06.23 / 16:41
Müəllif
Axar.az
Digər xəbərlər

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla