Yuxarı

İsrail müharibəni bitirmək istəyir – ABŞ-dan İrana mesaj

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail müharibəni bitirmək istəyir – ABŞ-dan İrana mesaj

ABŞ ərəb rəsmilərindən İsrailin münaqişəyə tezliklə son qoymaq istədiyini İrana çatdırmağı istəyib, Tehran isə ABŞ-ın öz ərazisindəki zərbələrinə cavab verməyə məcbur olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, İsrail İranla münaqişəni tezliklə bitirməyə can atır və yaxın günlərdə hədəfə alınan İran obyektlərinə zərbələri tamamlayacağı gözlənilir:

“ABŞ bölgədəki ərəb rəsmilərinə bildirib ki, İsrail döyüşlərin tezliklə bitməsini istəyir və onlardan bu mesajı İrana çatdırmağı istəyib. İran cavab verib ki, o, hələ geri çəkilməyə hazır deyil, lakin Amerikanın İranın nüvə obyektlərinə hücumuna cavab vermək məcburiyyətindədir. İsrail ABŞ-ın zərbələrindən sonra İranın danışıqlar masasına oturacağına ümid edir. Bununla belə, İran İsrail hədəflərini vurmağa davam edərsə, Təl-Əviv İrana zərbələr endirməyə davam edəcək”.

Tarix
2025.06.23 / 16:53
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla