Yuxarı

Azərbaycanda bu məhsullar ucuzlaşa bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu məhsullar ucuzlaşa bilər

Cari ildə mövsümi ərzaq məhsulları və tərəvəzlərin, xüsusilə də göyərtilərin ucuzlaşması mümkündür. Eyni zamanda dövlət tərəfindən subsidiya ayrıldığı və qida təhlükəsizliyi prinsipləri əsas götürüldüyü üçün un məmulatlarının qiymətlərinin ya ucuzlaşması, ya da ən azı sabit saxlanılması istiqamətində tədbirlərin görüləcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu sözləri Baku.vs-yə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, məqsəd bu məhsulların qiymət artımı prosesinin təsirinə məruz qalmamasını təmin etməkdir:

"Bu yanaşma Azərbaycan dövlətinin sosial dövlət siyasətindən irəli gəlir. Bununla yanaşı, həyat üçün zəruri olmayan, daha çox komfort hesab edilən sahələrə tələbatın azalacağı ehtimal olunur. Əhali ailə büdcəsinin planlaşdırılmasına yenidən baxdığı üçün bu kateqoriyaya aid məhsul və xidmətlərə maraq əvvəlki səviyyədə olmaya bilər. Nəticə etibarilə, komfort sahələrində yer alan bəzi meyvə-tərəvəz məhsulları, həmçinin ərzaq və qeyri-ərzaq malları üzrə ümumi tələbat azaldıqca, həmin məhsulların qiymətlərində də ucuzlaşma ehtimalı yarana bilər".

Tarix
2026.01.09 / 01:05
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla