Yuxarı

Toplum TV işi üzrə ittiham aktının elanı başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toplum TV işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, Fərid İsmayılov, İlkin Əmrahov, Ruslan İzzətli və Elmir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı təqsirləndirilən Elmir Abbasov, Fərid İsmayılov və İlkin Əmrahova aid hissədə ittiham aktını elan edib.

Ötən iclasda isə Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov və Ruslan İzzətliyə aid hissədə ittiham aktını elan etmildi.

Bu günki iclasda dövlət ittihamçısı cinayət işi üzrə ittiham aktını tam elan ediərək başa çatdırıb.

Daha sonra təqsirləndirilən şəxslərin hər biri ittihama münasibət bildirib. Onlar özlərini təqsirli bilməyiblər.

Növbəti proses iyunun 30-da davam edəcək.

Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması və saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

İstintaq araşdırması zamanı Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, redaktor Müşfiq Cabbarov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanov, həmin institutun əməkdaşı Əli Zeynalov, "III Respublika" Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, Ramil Babayev, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasov məsuliyyətə cəlb olunublar.

Tarix
2025.06.23 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

Qacarların da varisi sağdır: Hakimiyyətə qayıda bilər?

ABŞ İrana yenidən zərbə endirə bilərmi?

Bu “bank”ın baş filialı Xankəndidə idi… - Araik

İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı

İran diplomatiya yolunu tərk etməyib - Ağayi

İranda müharibə nə qədər davam edəcək?

Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?

Prezident Goranboya getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla