Yuxarı

Məmmədlinin işinə xitam verilməsi üçün vəsatət qaldırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatətlər təqdim edib.

Vəkil vəsatətlərində sübutlar siyahısında olan bir neçə sənədin xaric edilməsini və cinayət işinə xitam verilməsini xahiş edib.

Hakim verilən vəsatətlərin genişhəcmli olduğunu, məhkəmə tərkibinin vəsatətlərlə tanış olmadıqlarını bildirərək prosesin təxirə salındığını elan edib.

Növbəti proses iyunun 30-a təyin olunub.

Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunurlar.

Tarix
2025.06.23 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanın azərbaycanlıların qayıdışı ilə bağlı bu bəyanatı...

Arutyunyan etiraf etdi: Suriyadan gətirilən ermənilər...

Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

Qacarların da varisi sağdır: Hakimiyyətə qayıda bilər?

ABŞ İrana yenidən zərbə endirə bilərmi?

Bu “bank”ın baş filialı Xankəndidə idi… - Araik

İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla