Yuxarı

Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu

Hadisələr sürətlə inkişaf edir və bir çox ölkələr geosiyasi küləklərin hansı tərəfə əsdiyini anlamaq üçün öz qiymətləndirmələrində son dərəcə ehtiyatlı olmağa və balanslı mövqe tutmağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbətində beynəlxalq ekspert Suren Sərkisyan İran və İsrail arasında münaqişənin gərginləşməsini şərh edərkən deyib.

“Bizim üçün ən təhlükəlisi odur ki, İran zəiflədikcə regional tarazlığın olmaması, xüsusən də Rusiyanın mövqelərinin zəifləməsi fonunda, Türkiyə bütün nəticələrlə regionumuzda yeganə aktiv oyunçu olaraq qalacaq. Yəni biz elə bir vəziyyətə düşmüşük ki, əvvəllər Türkiyənin regionda təsirini məhdudlaşdıran Rusiya və İran artıq bu rolu oynaya bilməyəcəklər. Rusiya Ukraynaya köklənib, İran isə hərbi konfliktə cəlb olunub. Türkiyə hazırda regionda nəzarətsiz və balanssız fəaliyyət göstərir. O, strateji müttəfiqi Azərbaycan vasitəsilə yalnız öz maraqları əsasında əməliyyatlar həyata keçirə bilər”, - ekspert vurğulayıb.

O əlavə edib ki, bu, Zəngəzura qarşı potensial hərəkətləri də əhatə edə bilər:

“Əgər İran əvvəllər çəkindirici rol oynayırdısa, bu gün onun təsiri zəifləyib. Bu, bizdən həddindən artıq ehtiyatlılıq və dəqiq strateji hesablama tələb edir”.

Türkiyə ilə son günlər intensivləşən danışıqlara toxunun ekspert bildirib ki, “danışıqlar” yalnız bərabərhüquqlu şəraitdə mümkündür və əgər biz diktə edilmiş şərtlərdən danışırıqsa, bu, artıq kapitulyasiyadır: “Biz artıq bir kapitulyasiya aktı imzalamışıq. İkincisi, yəqin ki, Türkiyə ilə imzalana bilər”.

ABŞ-ın regiondakı rolundan danışan Sarkisyan qeyd edib: “Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın regiona münasibətdə soyuduğu hiss olunur. Cənubi Qafqazda çox fəal olan Bayden administrasiyasından fərqli olaraq, Tramp administrasiyası Cənubi Qafqaz regionuna daha az maraq göstərir. Qafqaz onun üçün nə əsas, nə də prioritet sahədir, deyə bilərik ki, ABŞ faktiki olaraq bölgədən geri çəkilib, bu sahəni ilk növbədə, regionda güc balansını kökündən dəyişdirə bilən Türkiyəyə buraxıb”.

Tarix
2025.06.23 / 19:34
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla