Yuxarı

Polis avtoritet Zaykanı Lotu Qulidən gizlədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis avtoritet Zaykanı Lotu Qulidən gizlədir

Rusiya İstintaq Komitəsində "Zayka" ləqəbli azərbaycanlı avtoritet Zaur Əliyevlə bağlı aparılan istintaq başa çatıb.

Axar.az "Rosbalt"a istinadən xəbər verir ki, Zaur Əliyevin həbs edilməsi Lotu Quli ləqəbli digər azərbaycanlı avtoritet Nadir Səlifovla arasında baş verən münaqişə ilə bağlıdır.

Z.Əliyev bir müddət öncə Lotu Qulinin əmri ilə döyülüb və o, hazırda təcridxanada gizlədilir.

Saytın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Z.Əliyev Rusiya Cinayət Məcəlləsinin qəsb, adam oğurluğu, quldurluq, qanunsuz silah saxlama və banditizm maddələri ilə ittiham olunur.

Lakin Zayka bu ittihamları qəbul etmir.

8 il əvvəl Lotu Qulinin adamları Zaur Əliyevlə əlaqəsi olan biznesmenlərdən pul tələb ediblər. Bunu eşidən Zayka Lotu Quliyə zəng vuraraq təhqir edib.

Zayka azadlıqda olduğu üçün Lotu Quliyə əlçatmaz olub. Lakin o, 2014-cü ilin noyabrında tutulub və Lotu Qulinin olduğu təcridxanaya göndərilib. Bunu eşidən Lotu Qulinin adamları killer Nazim Hümbətovun rəhbərliyi ilə onun kamerasına basqın edib. Zaykanın döyülməsi "Skayp" vasitəsilə Lotu Quliyə canlı yayımlanıb.

Tarix
2016.06.23 / 17:39
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla