Yuxarı

Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq

Energetika Nazirliyi olaraq qeyd etmək istəyirik ki, sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölüşdürülməsi və bu məqsədin tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması yolu ilə əldə olunmasıdır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq:

"Qanun layihəsində təsbit olunan və hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün az da olsa azalmasına iqtisadi zəmin yaradacaq. Sabit tarifin maliyyə tutumu məsələsinə gəldikdə isə, aparılmış hesablamalara əsasən, əvvəlki tarif dövrlərinə dair indikativ təhlillər göstərir ki, bu məqsədlə nəzərdə tutulan faktiki xərclərin həcmi ümumi xərclərin 2 faizindən aşağıdır. Bu isə sabit tarifin əhalinin hər bir abonenti üçün aylıq 1 manatdan artıq olmayacağı anlamına gəlir. Bu vacib məqamı da qeyd etmək istərdik ki, sabit tarif çərçivəsində ödənilən xərclər hal-hazırda aktiv istehlakçılar tərəfindən mövcud tarif daxilində artıq ödənilir və bu yanaşma əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq".

Tarix
2025.07.08 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

Mustafayevdən Rusiya açıqlaması

Prezident və xanımı Türkiyədə səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla