Yuxarı

Bu sosial ödənişin davamı üçün arayışa ehtiyac yoxdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sosial ödənişin davamı üçün arayışa ehtiyac yoxdur

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir.

Axar.az xəbər verir ki, bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun tətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tam avtomatlaşdırılıb.

Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyani təhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin “Tələbə-Məzun” informasiya bazasından e-qaydada əldə olunur. Bununla da qeyd edilən ödənişin davam etdirilməsi prosesi avtomatik təmin edilir.

Təhsil statusu hər ay avtomatik yenilənir, ödənişlərin davam etdirilməsi üçün arayış təqdim edilməsinə ehtiyac qalmır.

Bu yenilik nəticəsində əyani təhsil alan ümumilikdə 11,5 mindən çox şəxsə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənişi müddəti arayış tələb edilmədən avtomatik uzadılıb.

Tarix
2026.04.16 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla