Yuxarı

Təcili yardım maşınını narkotikin təsiri altında sürürmüş - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təcili yardım maşınını narkotikin təsiri altında sürürmüş - Video

Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının zəruri tibbi çağırış olmadan kobud şəkildə pozulduğu faktı aşkarlanıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, aprelin 16-da səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində təcili yardım avtomobilinin sürücüsü xüsusi işıq və səs siqnallarından istifadə edərək yolun əks istiqamətinə çıxıb, qoşa xəttin tələblərini pozaraq digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.

Yol polisi əməkdaşları tərəfindən saxlanılan avtomobilin sürücüsü Mehman Əliyevin həmin vaxt heç bir çağırışa getmədiyi, avtomobildə xəstə və ya tibbi personalın olmadığı halda xüsusi siqnallardan istifadə etdiyi müəyyən edilib.

Araşdırmalarla onun qayda pozuntularını hərəkət etdiyi müddətdə dəfələrlə təkrarladığı aşkarlanıb. Keçirilən tibbi müayinə zamanı sürücünün narkotik vasitə qəbul etdiyi və sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür.

Tarix
2026.04.16 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

Mustafayevdən Rusiya açıqlaması

Prezident və xanımı Türkiyədə səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla