Yuxarı

"Azərsun Holdinq” 6 tələbəyə təqaüd ayırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərsun Holdinq” 6 tələbəyə təqaüd ayırdı - Foto

“Azərsun Holdinq” Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibəti ilə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin yaz semestrinin imtahan sessiyasında ən yüksək bal toplayan tələbələrinə təqaüd ayırıb.

Bu münasibətlə fakültədə təşkil edilən görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev milli mətbuatın 150 illik yubileyi ərəfəsində belə bir addımın atılmasının sevindirici hal olduğunu qeyd edib.

O bildirib ki, BDU-nun fəaliyyətində universitet-sənaye işbirliyi əsas tendensiyalardan hesab olunur.

BDU-da son illərdə bu istiqamətdə müxtəlif qurumlarla ortaq layihələr həyata keçirilib:

“Sevindirici haldır ki, Jurnalistika fakültəsində də bu ənənənin əsası qoyuldu. “Azərsun Holdinq” ölkənin ən iri şirkətlərindən biridir. Bu təqaüdlər tələbələr üçün böyük motivasiya olacaq, onların peşəkar mütəxəssis kimi formalaşmasına dəstək verəcək”.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələr üçün yaradılan bu şəraitə görə Universitetin və “Azərsun Holdinq”in rəhbərliyinə təşəkkür edib, bunun gənc jurnalistlərin yetişməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb:

“İnanırıq ki, digər şirkətlər də belə layihələr həyata keçirəcəklər. Gələcəkdə çox maraqlı, gənclərimizin inkişafı üçün səmərəli ola biləcək təqaüd proqramları elan edə biləcəyik”.

“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov isə holdinqin bu il mətbuatla bağlı silsilə layihələr həyat keçirdiyini söyləyib:

“Bu layihələr çərçivəsində əsas tərəfdaşlarımızdan biri də BDU-nun Jurnalistika fakültəsidir. Şirkətlər qrupu növbəti tədris ili ərzində ən yaxşı nəticə göstərən 6 tələbəyə dəstək göstərəcək”.

Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli və “Azərsun Holdinq”in müşaviri Oruc İbrahimov çıxışlarında tələbələri təbrik edib, tövsiyələrini paylaşıblar.

Tarix
2025.07.09 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla