Yuxarı

Həbsdə olan vəkil Şirin Abbasovu məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdə olan vəkil Şirin Abbasovu məhkəməyə verdi

Həbsdə olan vəkil Adəm Məmmədovun Şirin Abasov və həyat yoldaşı Gülbadama qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, xüsusi ittihamçı A.Məmmədov şikayətində Şirin və Gülbadam Abbasovların sosial şəbəkələrdə müsahibə verərkən onun haqqında həqiqətə uyğun olmayan məlumatlar səsləndirdiyini bildirib.

İttihamçı qeyd edib ki, ər-arvad Vəkillər Kollegiyasının inzibati binasının qarşısında guya onların evini satdırdığını, onlardan 30.000 manat rüşvət aldığını, Zərdabi adlı jurnalist vasitəsi ilə dələduzluq edərək əlavə olaraq 53.500 manat məbləğində pullarını ələ keçirdiyini, onlara hədə-qorxu gəldiyini, ümumilikdə 83.500 manat məbləğində pullarını alaraq qaytarmadığını deyiblər.

Vəkil onların 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını istəyib.

Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət vermiş vəkil şikayətdə yenidən düzəlişlər edilməsini əsas gətirib və şikayəti geri götürmək istədiyini bildirib.

Bununla bağlı ərizəsini məhkəməyə təqdim edib.

Abbasovlar isə xüsusi ittihamçı tərəfindən şikayətin geri götürülməsinə etiraz ediblər. Onlar xüsusi ittiham qaydasında şikayətin düzgün tərtib olunmadığını, şikayətin məhkəmə tərəfindən icraata götürülməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş ediblər.

Hakim şikayətin icraata qəbul olmasından imtina edilməsi barədə qərar qəbul edib.

Tarix
2025.07.09 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

Deqati Makrona məktub yazdı: Vətənimdə qətliamdır!

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla