Yuxarı

“Yapı Kredi Bank Azərbaycan"da əhalinin depozitləri kəskin azaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yapı Kredi Bank Azərbaycan"da əhalinin depozitləri kəskin azaldı

Bu ilin ikinci rübünə olan məlumata görə, “Yapı Kredi Bank Azərbaycan"nın aktivləri azalıb. Bankın aktivləri təxminən 19 faiz azalaraq 2024-cü ilin sonundakı 730 milyon 362 min manatdan iyul ayının 1-nə 591 milyon 908 min manata düşüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hesabat dövründə bankın nağd vəsaitləri 2,5 dəfə azalaraq ilin sonundakı 309 milyon 404 min manatdan 124 milyon 24 min manata düşüb.

Bankın öhdəliklərinə gəlincə, 2024-cü ilin sonundakı 620 milyon 417 min manatdan bu ilin yarimilində 475 milyon 394 min manata qədər enib. Bu isə faiz ifadəsində 23,4 faiz azalma deməkdir.

Azalma əsasən depozit portfelində baş verib. Depozit portfeli ilk yarımildə 26.5 faiz azalmaqla 393 mln. manata düşüb. Bankda vətəndaşların əmanətlərinin həcmi ilin sonu ilə müqayisədə 141 milyon 765 min manata düşüb.

Fiziki şəxslərin depozitləri 8,6 faiz azalaraq 106 milyon 767 min manatdan 97 milyon 505 min manata, hüquqi şəxslərin depozitləri isə 31 faiz azalaraq 427 milyon 986 min manatdan 295 milyon 483 min manata enib.

İlin birinci yarısında bankın cəmi öhdəlikləri və kapitalı 19 faiz azalaraq ilin sonundakı 730 milyon 362 min manatdan 591 milyon 908 min manata düşüb.

Tarix
2025.07.11 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla