Yuxarı

Bakı-Naxçıvan reyslərinin fəaliyyətində problem yaranıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Naxçıvan reyslərinin fəaliyyətində problem yaranıb?

İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem yaranıb. Belə ki, sərinişinlər Biləsuvar ərazisindən İrana keçmək və Naxçıvana çatmaq üçün uzun müddət gözlədiklərini iddia ediblər. Onlar axşam saatlarından 80-dən çox adamın gömrük keçid məntəqəsində gözlədiyini bildiriblər.

Axar.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.az-a deyib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb:

"19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobusla bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq avtobuslar gömrük-keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirirlər. Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır".

Tarix
2025.07.20 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla