Yuxarı

Bu evlər su təchizatına ciddi problem yaradır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın bəzi ərazilərində su təchizatı infrastrukturunun üzərində aparılan qanunsuz tikintilər ciddi problemlərə səbəb olur.

Bu barədə Axar.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Belə hallardan biri Bakının Binəqədi rayonunun M.S.Ordubadi küçəsində qeydə alınıb. Ötən həftə “955” Çağrı Mərkəzinə daxil olan məlumat əsasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq sukanal idarəsinin qəza briqadası əraziyə cəlb olunub. Monitorinq zamanı qəzanın 1400 mm diametrli "Kür-1" magistral su kəmərinin üzərində yerləşən, vətəndaşa məxsus həyətyanı sahə ilə evin mühafizə hasarının arasında baş verdiyi müəyyən edilib.

Qazıntı işləri zamanı evin bünövrəsinin zədələnməməsi üçün xəttə verilən su dayandırılıb, içəridəki su tamamilə təxliyə olunaraq borunun daxili hissəsində qaynaq işləri aparılıb. Bu səbəbdən qəzanın aradan qaldırılması daha uzun müddət tələb edib.

Magistral xətdə baş verən qəza xidmət əməkdaşlarının səyi ilə tam aradan qaldırılsa da, evlərin xəttin üzərində tikilməsi nəticəsində şəbəkənin başqa hissəsində də qəza baş verib. Nəticədə təmir işləri planlaşdırılandan artıq davam edib. Eyni zamanda xəttə birbaşa müdaxilənin qeyri-mümkünlüyü bərpa prosesini daha da çətinləşdirib. Bütün çətinliklərə baxmayaraq, qəza briqadasının səyləri ilə xəttin zədələnmiş hissəsi bərpa olunub və abonentlərin su təchizatı əvvəlki rejimdə təmin edilib.

ADSEA-dan bildirilib ki, magistral xətlərin üzərində inşa edilən qanunsuz tikililər su təchizatının idarə olunmasına ciddi maneələr yaradır və infrastrukturun tez sıradan çıxmasına səbəb olur.

Tarix
2025.07.22 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın sülh planı: Qəzza xilas olur, yoxsa...

ABŞ-ın Azərbaycandakı səfirliyi şatdaunla bağlı bəyanat yaydı

Türkiyə MTŞ-dən Naxçıvanla bağlı - Bəyanat

Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirildi

Tramp Paşinyanı "digər oğlan" adlandırdı

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşdü - Foto

Əsədov mühüm iclasda: Xəzərin dayazlaşması...

Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur, əgər... - Paşinyan

İtaliya prezidenti Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla