Yuxarı

Bakıda bina söküntüsü: verilən pul qane etmir... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bina söküntüsü: verilən pul qane etmir... - Video

Bakının Səbail rayonunda söküntüsü planlaşdırılan binanın sakinləri mənzilləri üçün təklif edilən kompensasiyadan narazı olduqlarını bildirirlər.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, qəzalı vəziyyətdə olan və sökülməli binanın sakinləri təklif olunan kompensasiyadan narazıdırlar.

Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən binanın sakinləri deyir ki, binanın sökülməsi qərarı 2022-ci ildə verilib. Lakin verilən kompensasiya onları qane etmir.

Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma da müraciət ediblər.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, qeyd edilən ünvanda yaşayan sakinlərin çoxsaylı müraciətlərinə əsasən binanın qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Komitə tərəfindən qəzalı binalardan sakinlərin köçürülməsi istiqamətində tədbirlərə başlanılıb, inventarizasiya işləri həyata keçirilib. Qanuna uyğun olaraq satınalma proseduru keçirilib və qiymətləndirici şirkətlər tərəfindən mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanıb və sakinlərə təqdim edilib. Sözügedən binanın sakinləri təqdim olunan qiymət təklifi ilə razılaşdıqları təqdirdə, onların köçürülməsi prosesi qısa müddət ərzində təmin ediləcək.

Tarix
2025.07.29 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla