Yuxarı

Biz bağışladıqca onlar da aldı: çünki erməni təkrarlanan faciədir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz bağışladıqca onlar da aldı: çünki erməni təkrarlanan faciədir

Musiqi yarışmaları bir çox halda yalnız musiqilərin yarışması olmur, siyasi yanaşma, dünyagörüş, qlobal mesaj olur. Samirə Əfəndinin Ermənistan təmsilçisinə maksimum xal verməsi və onu qucaqlaması da mesajdır, həm də siyasi mesaj.

Buna görə də erməniyə verilən 12 xal və erməni müğənni ilə qucaqlaşma ictimaiyyəti ağuşuna aldı. Bu, deyəsən, əsirlikdən azad edilən və hələ həyatda olan qızlarımızın gözü önündə azərbaycanlı qızla erməni oğlanın ilk səmimi və könüllü qucaqlaşması idi.

Məhv edilən evlər, od içində qalan kəndlər, atasını gözləyə-gözləyə böyüyən uşaqlar… bunların heç biri 12 xalın altında qalacaq səviyyədə deyil!

Xankəndidən könüllü gedən ermənilərdən biri dedi ki, erməni millət deyil, Allah haqqı hə! Amma Ermənistana çatandan sonra köhnə ritorikasına qayıtdı, özünü qurban kimi göstərdi.

Onların siması budur: “zavallı”, “çarəsiz” görünər, sənə sığınar, ağuşuna qaçar və elə ağuşundan da səni sancar, elə sancar ki, əlacı olmaz!

Heç bir “humanizm işığı” 30 ilin qaranlığını işıqlandıra bilmir. Sən orada bir ölkənin təmsilçisi kimi dayananda artıq öz hisslərinlə yox, xalqının yaddaşı ilə davranırsan. O yaddaş ki, hələ də qan damır...

1828-ci ildə bizə sığınan erməniyə qucaq açmışdıq, 2020-ci ilə qədər nələr yaşadığımızı bilirik: bu gün yenə qucaq açırıqsa, sabah yenidən gəlib, yenə torpaq davası etməyəcəklərinə kimsə zəmanət verirmi?

Tarixin dərsi budur ki, biz bağışladıqca onlar da qəbul edib - kəndimizin ətəyindəki sahələri, sonra bulağı, sonra alban kilsəsini, sonra tarixi, sonra musiqini, sonra adət-ənənələrimizi... Sonra da onları bağışladıqca İrəvanı, ardınca Dərələyəzi, Göyçəni, Zəngəzuru, Gümrünü, Amasyanı, Dağ Borçalısını alıblar; sonra bağışlamışıq, Qarabağı qoparmaq istəyirdilər...

Bu səbəbdən deyirəm: uzaq durun! Qucağınıza aldığınız hər simvol millətinizin bağrına vurulan yeni bir ağrı ola bilər. Sülh istəyən körpələrimizi qorumaq istəyiriksə, əvvəlcə onların əllərini kimə uzatdığımıza baxmalıyıq. Qəlbimizin qapısını hər “mədəniyyət nümayəndəsi”nə açmaq deyil sülh. Sülh xalqını, torpağını, sabahını düşünərək seçdiyin məsafədir.

Bu məsafəni qorumaq bəzən qucaqdan vaz keçməkdir. Bəzən 12 xalı ürəyində saxlayıb millətinin yükünü çiyinlərində daşımaqdır. Və ən çox da odur: düşməni tanıyıb, gələcəyin yolunu doğru cızmaqdır.

Çünki erməni millət deyil, unudulan dərs, təkrarlanan faciədir…

Tarix
2025.11.25 / 23:06
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Azərbaycandan yüksələn enerji siyasəti Bakı və Vaşinqtonu birləşdirir

“Qarabağ” “Kopenhagen”ə də qalib gəldi: Sonra?.. - Video

Bu, “Qarabağ”ın üzərində təzyiq yaradır - Muxtarlı

Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı...

Qurban riskə getdi, Kadini sağa, Zubiri ortaya çəkdi...

Ukraynada ikinci Çernobıl fəlakəti yaşana bilər - Ekspert

Putin NATO-nun reaksiyasını yoxlayır - Sikorski

NATO Ukraynanın hava məkanını qorumalıdır - Le Monde

Rusiya "PUA imperiyasına" çevrilir - NYT

İsrailə qarşı koalisiya yaradılmalıdır - HƏMAS

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla