Yuxarı

Mən Leylanın ətini yedim...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mən Leylanın ətini yedim...

Hər evin, hər ailənin öz iyi var. Atam gedəli, dəyişdi ev iyini.

***

Atama layla demişəm. O boyda ağrıya dözməkmi olar? Başın alıb ovcuma mızıldanırdım eləcə. Rahatca yatırdı.

***

Azaldı asılqandan bir pencək, bir pencək çəkisi paltar ipi qalxdı yuxarı...

***

Rahat top oynayacaq məhəllədə uşaqlar.

Hava təmizlənəcək bir siqaret tüstüsü.

Oksigen artacaq bir nəfəslik.

Bir ayaq ölçüsü azadlıq - qarışqalara.

Bir ovuc torpaq, torpaqdan ağac.

Ağac quşlara yuva, qarışqalara ev.

Mən yetim qaldım, mən öldüm.

***

Birinci dəfə bazarda oxumuşam. Anamla yumurta, mer-meyvə, çıxarırdıq bazara. Vedrələrin ağzına “Karvan” jurnalının səhifələrini örtürdü, müştəri gələnə qədər oxuyurdum.

Bir dəfə, təxminən sentyabr ərəfəsiydi, məktəbə pal-paltar almaq üçün toyuq-cücə çıxardıq bazara. İlk sevgim - sinif yoldaşım Leylanı gördüm. Budu, anasıyla üstümüzə gəlir.

Utandım...

Yavaşca aralandım Anamdan... İki toyuq alıb getdilər...

Yazıq Anam...

Necə nazilmişdi, sanasan, yalvarırdı: “Aşağı da eləyərəm...”

Qoyub getdi yazığı tək. Gör necə nazilir yad önündə.

Sonra ayın-oyun alıb qayıtdıq evə. Anam yadımda deyil nə hazırlamışdı günortaya, mən Leylanın ətini yedim.

Yedim, öldü.

Sonra mən öldüm.

***

Dəcəl idim. Anam danlardı, atam döyməzdi. Hər dəfə çağırıb qaldırardı əlini. Gözlərimi yumub gözlərdim. Başlardı saymağa: bir, bir onda iki, bir onda üç... Beləcə beşə gedib çatmazdı... Sonra saçlarımı qarışdırıb sıxardı sinəsinə başımı. “Atam” deyərdi mənə.

***

Maşın əyri dayandımı, içib demək.

İçibsə, anamla sözləşirdi. Anam ağlayırdı, o qışqırırdı. Tez pəncərələri bağlayıb qaçırdım stolun altına...

Bir də baxdım, maşın əyri dayandı. Tez pəncərələri bağladım, girdim stolun altına. Sonra yadıma düşdü ki, beş ay əvvəl gedib atam.

Qardaşım imiş. O gedəli heç kim düz saxlayammadı maşını.

O gedəli hər gün içirdi maşın.

***

Sol əlinin üstündə qartal döyməsi vardı. Uzatmışdılar üzü qibləyə. Qəfil baxdım ki, döymə yoxdu, qartal uçub gedib, nədi... Yox, deyərdin, uçan yerdəcə vurublar.

Sonra Anam dedi, damarlarında tromblaşma gedib.

Məni ovutmaq üçün dedi, anam. Guya başa düşməyəcəm, uşaq deyiləm ki! Qartal ölmüşdü.

Sonra mən öldüm...

***

Ata olsam əgər, ölməyəcəm heç vaxt.

Tarix
2017.10.06 / 15:42
Müəllif
Ömər Xəyyam
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla