Yuxarı

Demə, bu yatandan sonra sevgilisi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Demə, bu yatandan sonra sevgilisi...

Dünən dayımın qız nəvəsi dedi ki, intihar etmək istəyirəm. 17 yaşı var. Birdəncə əsəbiləşdim, içimdəki azərbaycanlı ağzımdan boylanıb danladı qızı. O da hönkürüb otağına qaçdı. Qapını bağlayıb özünü atdı yatağın üstdə, elə üzüstə də ağlamağa, sağ əlini sıxıb yorğanı döyəcləməyə başladı. Qapıdan sonrası təxmindi, bu səhnəni filmlərdə görmüşəm. Qardaşım qızı da aşağı-yuxarı eyni cür etdi.

Sonra vəziyyəti düzəltdim. Gəzişdik, danışdırdım, sözünü kəsmədən dinlədim. Nə imiş? – Sevgilisi varmış, hər gecə bu yatandan sonra Votsapa girirmiş. Şübhə için yeyib-dağıdır. Dedim, qızım, bu, ölmək üçün səbəb deyil, narahat olursansa, kəs münasibəti. Şübhə pis şeydi. Cana ki düşdü, virus kimi yayılır, yavaş-yavaş öldürür adamı. Dedim, sənə Ayfon alacam iki maaş sonra.

Razılaşdıq.

Təzəlikcə oxumuşdum ki, dünya üzrə dəqiqədə bir nəfər intihara cəhd edir. Özü də intihar cəhdləri cinslərə görə dəyişir. Faktlara fikir verin, qızlar başqa cür, oğlanlar başqa cür ölür.

Oğlanlarda daha sərt olur: silah, hündürdən tullanmaq, maşının altına atılmaq. Oğlan özünü evdə asırsa, ipi dəhlizə, ya da ümumi otaqların birinə - hamının görəcəyi yerə bağlayır.

Qızların intiharı isə duyğusal olur, daha çox hamamda, yataq otağında, mətbəxdə cəhd edirlər. Faktların əksəriyyətində həblə zəhərlənmə müşahidə olunur.

İntihardan qabaq yazılmış məktubları incələyiblər. Araşdırmalar cinsi fərqlə nəticələnib. Məlum olub ki, qadınların əksəriyyəti duyğusal, romantik məktub yazıblar intihardan əvvəl. Təxminən belə: “Məni bağışlayın”, “Sizi sevirəm”, “Xəyanət ölümdür”-zad...

Oğlanlarda isə ümumi nəticənin çoxu maddi uğursuzluq, qalanı qadın...

Təbii ki, oxuya-oxuya düşündüyünüz kimi, istisnalar da var. Məsələn, ruhi-psixoloji pozuntu halında, ya da hansısa xəstəliyin verdiyi ağrılardan qurtulmaq səbəbli cəhdlər də var. Olur ki, təsadüfən özünə qəsd edir adam.

İntihar bir kömək hayqırığıdı. Fərdin məqsədi ölmək yox, etirazdı. İstər maddi, istərsə də mənəvi problemlərə etiraz.

Özünü bağışlatdırmaq, sevdirmək, acıq çıxmaq, ya da səbəbkarlara hədə gəlmək. Kameraya düşən intihar hallarını analiz ediblər: Ortayaşlı qadın yarıtikili binanın son mərtəbəsindədi. Ustaların suvaq üçün müvəqqəti tikdiyi yardımçı pilləkənın üstündə. Qəfil ayağının altından taxta qaçır. Qadın tezcə balkondakı sütuna sarılır. Adama deyərlər, ölmək istəyirdin, bu da fürsət. Nəticə nədi? - Sistem yaşamaq üçün proqramlaşdırılıb. Bir qırıq ümid. Cem demiş, qocalar meyvə ağaclarını nəvələriyçün yox, gələcəkdə yemək ümidiylə əkirlər.

İntiharları araşdırsaz, görəcəksiz ki, boğazı ilgəkdə olan adamın ayağı altdakı stulu itələyən bir qohumu, bir tanışı mütləq ki var.

İki cür intihar var. Ki, biri alidi. Şüurlu şəkildə, tanrıdayoxolma. Nirvana məqamı. İntiharın bu növüylə işim yox. İsrar etsəz, gələn yazılarda haqqında yazaram.

Bugünki mövzu azərbaycansayağı intihardı ki, dünyanın hər yerində, hər gün, hər dəqiqədə bir adam edir. Məsələn, azərbaycansayağı intiharla skandinav ölkələrindəki intihar tamamailə fərqlidi. Statistikada mutluluq diyarı Skandinaviya ölkələri beşlikdədi, xüsusilə Finlandiya. Araşdırıblar: pul var, maddi rifah yerində, mənəvi durum yüksək səviyyədə. Səbəb? – Günəşsizlik. Bu da ayrı yazının söhbətidi.

Azərbaycansayağı intihar sindromu azyaşlılarda sevgisizlik, diqqətsizlik, yetkinlərdə yenə sevgisizlik, diqqətsizlik və maddi durum.

Mən bu yazını niyə yazıram? – dayım nəvəsi dedi ki, valideynlər evə gələndə mən artıq yatmış oluram. Gecənin birində gəlirlər evə, səhər də tezdən işə gedirlər. Hər səhər də stolun üstünə manat qoyub çıxırlar. Başa düşürsüz? Diqqət, qayğı dilənir musiqilərdən, seriallardan uşaq. Dinləyəni yoxdu. Nəzarət ancaq virtual müstəvidədi. Bu, bir insanın mənəvi ölümü deyilmi?

Bizdə qadınlar diqqətə, qayğıya o qədər ac ki, balaca xoş rəftar görən kimi adını sevgi qoyub romantik pozalar verirlər.

Ölkədə intihara cəhd edən, ya da artıq dünyasını dəyişmiş azyaşlıların həyat tərzinə, gündəlik qayğılarına baxın, görəcəksiz ki, haqlıyam.

Fərd kimi, insan kimi əhəmiyyət verilmir onlara. Dinlənilmir. “Ay bala, necəsən, nə iş görürsən, kiminlə münasibət qurmusan, kimlərlə oturub-durursan” – soruşanı yoxdu. Bahalı telefon, brend marka geyimlər almaqla deyil ki!

Dostlarınızı dinləyirsizmi? Qardaşınızla bölüşürsüzmü?

Hə, bilirəm, hərənin öz dərdi var, amma bir zəng belə bir insanı xilas edə bilər.

Heç kim sizdən pul istəmir, maşın istəmir. Bir quru zəng...

Yarım saat vaxt ayırın, dinləyin. Danışdırın.

Bir hekayədə yazılmışdı: Dünən özümü öldürdüm. Uşaq idim, ağlayırdım, eşidən yox idi. Ağrılarım vardı. Gecələr qıvranırdım yerimdə. Atamla anam sevişirdi, məni eşitmirdilər. Sonra böyüdüm, ailə qərarlarında əhəmiyyət verən olmadı... Sonra, sonra, sonra... Məni görmürdülər. İndi baxın doyunca...

Adamlar, adamları görün... Bircə mesaj, bir quru zəng...

Tarix
2017.12.02 / 08:45
Müəllif
Ömər Xəyyam
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla