Yuxarı

Allah qaradərilidir, yoxsa qıyıqgöz?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Allah qaradərilidir, yoxsa qıyıqgöz?

Zaman keçdikcə insan özünə yadlaşır. Qreqor Zamza kimi. Bu, dönüşü olmayan bir yol: ya səni özlərinə bənzədəcəklər, ya da çeviriləcəksən. Qreqor Zamza kimi.

***

Biz – öz yaratdığımız cəngəllikdə çapalayan məməli.

***

Ünsiyyət imkanı artıqca, ünsiyyət imkanı azalır.

Seçim imkanı artıqca, seçim imkanı azalır.

Nəsə artdıqca nəsə azalır.

Tanrının “Ol!” nidasından Tanrının “Öl!” nidasınadək hər şeyin çəkisi dəyişməz olaraq qalmaqda: sevincin də, kədərin də, sevginin də, nifrətin də, varlığın da, yoxluğun da... Günəşin altında yeni heç nə yoxdu!

***

Biz özümüzə daha çox bənzəyən adamları daha çox sevirik. Biz özümüzə daha az bənzəyən adamlara daha çox nifrət edirik...

Pişik siçanı qovur – tutsa, yeyəcək. Siçanlar pişiklərin qidasıdır. Təbiət belə buyurub.

***

Hamı öz allahına bənzəməkdə: allah qəzəblidisə, bəndəsi də qəzəblidi, allah mehribandısa, bəndəsi də mehribandı.

***

Cənub-şərqi Asiya bütlərinin gözü qıyıqdı, özləri kimi. Tanrı zahirən də bəndəsinə bənzəyir.

Bütpərəst Afrika qəbilələri də öz allahlarını qaradərili təsəvvür edirlər – Afrika bütləri qaradərilidi.

***

Hitlerin allahı ilə Oskar Şindlerin allahı eyni deyil.

***

İsanın qövmü Məhəmmədin qövmünə bənzəmədiyi kimi, İsanın allahı da Məhəmmədin allahına bənzəməz; İsanın allahı İsanın özünə, Məhəmmədin allahı da Məhəmmədin özünə bənzəyər…

“Kim məsumdusa, qoy birinci daşı o atsın!” – demişdi İsa və O, yaxşı bilirdi ki, birinci daşı atmağa mənəvi haqqı çatanlar heç vaxt, heç vaxt, heç vaxt heç kimə daş atmazlar… İsanın bütün fəlsəfəsi məhz bunda idi.

Məhəmməd bütləri təpikləyə-təpikləyə deyirdi: “Bir düşünün, bəlkə, ata-babalarımız səhv ediblər…” Məhəməddin də bütün fəlsəfəsi bunda idi.

***

Pişik siçanı qovur – tutsa, yeyəcək. Siçanlar pişiklərin qidasıdır. Təbiət belə buyurub.

İt isə pişiyi qovur – tutsa, yeyəcəkmi? Yeməyəcək. Bəs it pişiyi niyə qovur?

***

Pişik siçanı həmişə qovacaq. Siçanlar pişiklərin qidasıdı.

Amma it pişiyi həmişə qovmayacaq.

Get-gedə pişik itə bənzəməyə başlayacaq və nəhayət, itlə pişik arasında radikal fərqlər aradan qalaxanda onlar dostlaşacaqlar. Artıq 70 ildir ki, Avropada müharibə yoxdur, 70 ildir ki, Avropada itlə pişik dostluq edir.

Görəsən, insanların bir-birinə bənzəməsində ədəbiyyatın, geniş mənada sənətin, lap geniş mənada, mədəniyyətin rolu nədən ibarətdi…

Ədəbiyyat həm də insanları bir-birinə bənzəməkdən, daha doğrusu, yüzminlərlə nüsxədən birinə çevrilməkdən xilas edir.

Tarix
2017.12.03 / 09:30
Müəllif
Ömər Xəyyam
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla