Yuxarı

Qız parkda qollarını açıb oynayırdı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əhvalım evdən çıxana qədər yaxşı idi. Qatardan perrona bir ton düşdüm. Daha doğrusu, süründüm. Alt dodağım yerə dəyirdi, belim bükülü. Özümü əlimə alıb birtəhər parka çatdım. Parkın ortasında bir qız gördüm. Qollarını açıb fırlanırdı. Qırmızı güllü donu vardı. Soyuqdan burnu, yanaqları qızarmışdı. Gülə-oynaya keçdi yanımdan. Keçəndə gülüşü canıma düşdü. Mən də güldüm. Lap əməlli hırıldadım. Sir-sifətim düzəldi, gəldim işə.

Qatardakı adamların üzü mənə, mənimki işdəkilərə keçir. İş yoldaşlarım evə gedəndə həmin üzü yoldakılara ötürürlər. Yorğun-arğın yoldakılar evdəkilərə...

Qatardan tanımadığım bir üzü işə gətirirəm, sonra bu üz tanımadığımız bir evə gedib çıxır...

İqlman (amerikalı neyrocərrah, neyrokimyaçı) təcrübə üçün adamların alınlarına, üzlərinə sifətdəki əzələlərin ani hərəkətini qeydə alan elektrodlar yerləşdirir. Sonra könüllüləri müxtəlif vaxtlarda müxtəlif mimikalı adamlarla üzləşdirir. İşə bax, könüllülərin üz əzələləri gülümsəyən adamlara bir başqa, kədərlilərə, üzləri asılmışlara bir başqa cür reaksiya verir.

Belə deyək: Mənim üzüm nə hiss etdiyimi göstərir, bu, sənə təsir edir. Bədən (beyin) qarşıdakının enerjisini, nə hiss etdiyini “anlasın” deyə, üz əzələləri onun mimimkalarını təkrarlayır.

Kədərli insanla üzbəüz gələn adamın kədərli olduğunu üzü deyir bizə, daha doğrusu, üzümüzə.

Gülümsər adamla üzləşəndə səbəbsizcə bizim də dodağımız qaçır, mimiklarımız şənlənir.

Sizə bir eksperiment deyim. Məqsədinizdən xəbəri olmayan iki dostunuzu dəvət edin. Hərəsinə bir qələm verin. Birincinin qələmini dodaqlara dəyməmək şərtiylə dişlərinin arasına qoyun. İkinci isə qələmi dodaqlarıyla tutsun və dodaqlarını büzsün. Sonra hər ikisinə altı eyni karikaturanı göstərin.

Kənardan baxın, görəcəksiz ki, qələmi dişlərinin arasında olan dostunuz daha çox gülür. Nədən? – Çünki dodaqları aralı idi, dişləri görünürdü, gülən adama oxşayırdı.

Təcrübənin ikinci mərhələsində qələmli dostlarınızı tək-tək onları tanımayan və təcrübədən xəbəri olmayan beş adamın qabağına çıxarın.

Adamlar yenə qələmi dişləriylə tutan dostunuzu görən tək gülümsəyəcəklər...

Uzun illər bir yerdə yaşayan adamların üzləri də eyniləşir.

Bu, çox ciddi məsələdi.

Evdən çıxanda üzünüzə diqqət edin, mimikalarınıza əl gəzdirin.

Yaşamaq uğrunda ölməyin. Ölmək üçün yaşayın.

Siz gülümsəyin ki, biz gülək.

Tarix
2017.12.18 / 16:36
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla