Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2019


13 yaşlı şagird tövlədə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylarda intihar xəbərləri bir-birini əvəz etməkdədir:

“80 yaşlı kişi ov tüfəngiylə...”

“62 yaşlı qadın yaşadığı evdə...”

“13 yaşlı şagird tövlədə...”

Burada çox qorxulu bir nüans var. Təcrübəsiz, zəif insanları bir kənara qoyaq, bəs həyatda bütün çətinlikləri görmüş, yaşı əsrin astanasında olan yaşlı adamlar niyə intihar edirlər?

Əlinin qabarıyla gələcəyə təkan verən, alnındakı qırışlardan nəvəsinə nağıl-nağıl yol düzəldən yaşlıların intihar yoluna əl atması azyaşlıları da bu işdə cəsarətləndirir. Axı, istər-istəməz onlar bir çox şeyi böyüklərdən öyrənirlər.

Təəssüf ki, baxanda mənəvi rahatlıq tapdığımız ağsaqqallarımız, ağbirçəklərimiz nağıl-nağıl azalır...

Məsələnin mahiyyətini dərindən götür-qoy etdikdə fərqli mətləblər ortaya çıxır. Bəyəm, az olub ki, bir anlıq özümüzə qapanmışıq, intihar haqda düşünmüşük? Əminəm ki, bu barədə bir çox insan dəfələrlə düşünüb və daha sonra bu yolun necə mənasız olduğunu anlayıb.

“Bəlkə, sabah intihar edim?”, “Görəsən, özümü öldürsəm, məni paralel dünyada nələr gözləyir?”, “Valideynlərimin, həyat yoldaşımın, övladlarımın, yaxınlarımın münasibəti necə olacaq mənə?” və s. bu kimi cavabı bəlli olmayan suallar səni boğmağa başlayır, amma bir neçə dəqiqədən sonra intihar əhval-ruhiyyəsi yox olub gedir.

İntihara meyillilik istər yaşlılar, istərsə də cavanlar arasında rast gəlinən haldır. Dözümlü olmağın da faydası qalmır. Çünki “intihar qüvvələri” ilə baş-başa qalmısan və onların qarşısında müdafiəsizsən. Tutunmağa sanki bir budaq, bir əl axtarırsan, çapalayırsan, lakin alınmır.

Əsas olan budur: “İntihar qüvvələri” – fikirləri ilə mübarizə apara biləcəksənmi?

Bax, insanı məhv etməyə çalışan bu fövqəlgücə sahib baryeri keçə bildinsə, artıq öz üzərində tam hakimiyyətə maliksən. O bir anlıq hissin sənin üzərində hökmranlıq etməsinə icazə vermə! Əlində olanlardan zövq almağı bacar. Axı sənin canın təkcə sənə aid deyil. O, həm də bütöv bir ailənin, nəslin gələcəyidir.

İnsan orqanizmi elə bir mexanizmdir ki, onun sükanı da, sürəti də daim fərdin öz əlindən olmalıdır. İstər məişət proseslərində, istərsə də həyati əhəmiyyətli məsələlərdə.

Bir şeyi unutmayaq: intihar etmək sənin əlindədirsə, yaşamı, yaşamağı seçmək ikiqat sənin əlindədir. Həyat sənə heç vaxt intihar yolunu təklif etmir, sən özün bu zərəli yolu yaradırsan. Və itirirsən... Yaşayacağın gözəl günləri, anları, doğmalarını, sevincləri, xatirələri...

Yaşamaq bizdən öz üzərimizdə hakimiyyət qurmağı tələb edir. Çalışaq öz üzərimizdə hakimiyyəti itirməyək.

Tarix
2018.02.13 / 20:37
Müəllif
Kamran Ədalət
Şərhlər
Загрузка...
Digər xəbərlər

Rusiyada bazarda bomba xəbərdarlığı: Hər kəs təxliyə edildi

Əfqanıstanda yeni tarix yazılacaqmı? - Kabulov açıqlayır

Süleymani hədələdi: Dostumuzsan, ancaq cəhd etmə!

Hinlərindən çıxan kimi məhv etməsək, namərdik - Türk nazir

Zaxarovadan Poroşenkoya cavab: Absurddur

Unikal tapıntı: 100 il öncə nəsli tükənmişdi, lakin...

Rusiyadan İrəvana uçuşlar ləğv edildi

Senatordan Trampın qərarına reaksiya: Ən axmaq...

Rus diplomat: 23 fevralda sərhəddə provokasiya olacaq

Türkiyədə zəlzələnin baş verdiyi an - Video

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla