Yuxarı

3-cü Azərbaycan Respublikası...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il sonra Türkiyə Cümhuriyyəti özünün imperiyadan sonrakı dövlətçiliyinin yubileyini qeyd edəcək. Nifrətdən və qərəzdən bir qədər uzaq olan adamlar kənardan baxanda iki türk dövlətinin mahiyyətində, mübarizəsində və simvollarında çox böyük yaxınlıqlar görür, hədsiz tale oxşarlıqları tapırlar.

Birinci Dünya müharibəsinin nəticələri, Sovetlər Birliyi və Qafqaz xalqlarının çarizmlə mübarizəsi, Osmanlının qalıqları üzərində inşa edilən müasir bir müsəlman respublikası haqda verilən bütün təsvirlər sanki bizim bir qədər böyüdülmüş məşəqqətli keçmişimizin lentləridir.

Lakin türklərdən fərqli olaraq, 3-cü Azərbaycan Respublikası sayılan müasir dövlətimizin yaşının böyük bir hissəsi bolşevik təbəəliyinin altında keçib. Gürcülər və ermənilər totalitar quruluşun çərçivələrinə və qeyri-milli mahiyyətinə baxmayaraq, tarixlərinin heç bir mərhələsindən imtina etmirlər və 70 ili sadəcə riyazi olaraq deyil, həm də gerçək siyasi subyekt kimi İttifaqın tərkibində “şərəfli səhifə” adlandıraraq yubiley hadisəsinin ayrılmaz hissəsinə çevirirlər. Ona görə də dövlət müstəqilllyimizin 100 ilindən bəhs edərkən daxil olduğumuz siyasi-ideoloji formasiyaların və ziddiyətli dövrlərin hökmlərini unutmamalıyıq.

1918-ci ildə AXC-ni ərsəyə gətirən böyük mücahidlər və nəhəng fikir adamlarımızın hamısı əbədi azadlıq amalı ilə yola çıxdılar: Rəsulzadə, Xoyski, Topçubaşov və başqaları. Ən sonda, Tanrı və tale məhz Prezident İlham Əliyevə istiqlalımızın bir əsrlik mutluluğunu qeyd etməyə hüquq tanıdı və imkan verdi. Artıq fakta çevrilən bu qürur hadisəsi obyektiv xarakter daşımaqla kiminsə şəxsi rəyindən asılı deyil və dövlət ensiklopediyamıza qızıl hərflərlə yazılacaqdır.

Bir lider üçün bundan böyük xoşbəxtlik yoxdur.

2118-ci ilin Azərbaycanında kimlərin adı şərəf lövhəsində qalacaqsa, fərq etməz. Yetər ki, dövlətimiz var olsun. Allahsevərlər etiqadlarını din adamlarına görə qurmadıqları kimi, azadlıqsevərlər də məmura, xalq vəkilinə və sadə isimlərə görə müqəddəs varlığımız olan dövlətə kinli-küdurətli və ya küskün ola bilməzlər. Dünyadakı siyasi ənənələr belədir -dövlət partiyalardan, siyasətçilərdən və hər cür hikkələrdən ucadır.

Cümhuriyyət xalqın olanda onun müəllifi də, yaradıcısı da millətin özü olsa da hər zaman liderlər o böyük arzularının mücəssiməsi və ifadəçisi sayılırlar. Ona görə də böyük dövlət adamı Heydər Əliyev 20-ci əsrin sonlarında mənsub olduğu xalqın qurucu potensilanı və minillik arzularını səfərbər edərək, Cümhuriyyət qurucularının şərəfinə Azərbaycan adlı dövləti bir abidə kimi ucaltmağa qadir oldu.

Dövlət müstəqillyimizin 100 illiyi mübarək olsun!

Başladığımız hər yeni sətir millətimizi yeni əsrlərə aparsın və azadlığımız var olsun!

Tarix
2018.05.28 / 19:03
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla