Yuxarı

İsmayıl Cem Əliyar Səfərliyə nə demişdi?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı sabiq səfiri, AMEA-nın müxbir üzvü, professor Əliyar Səfərlinin vəfat etməsi xəbəri onu sevənlərin, milli düşüncəli insanların, ədəbiyyatsevərlərin dərindən üzülməsinə səbəb oldu. Əliyar müəllimin yas mərasimində 2 mindən çox insanın iştirakı ona olan hörmət və ehtiramı göstərirdi. Əliyar müəllimin Azərbaycan ədəbiyyatının tədqiqində xidmətləri xüsusi qeyd edilməlidir.

Onunla dostluğum 2007-ci ildən başlayır. Tez-tez Milli Parkda görüşüb, Güney Azərbaycan və türk dünyası mövzularında söhbət edərdik. Əvvəla qeyd edim ki, Əliyar müəllim hər zaman Dünya Azərbaycanlıları Konqresində fəaliyyətimi dəstəkləyirdi. Çünki özü də dünyada yaşayan azərbaycanlıların təşkilatlanması və ümummilli maraqlar çərçivəsində birləşməsini çox istəyirdi. Hələ sosial şəbəkələrin o qədər fəal olmadığı bir zamanda “paltak” otaqları deyilən bir internet məkanında tez-tez çıxışlarını təşkil edərdim. Ora yüzlərlə quzeyli və güneyli soydaşımız qatılıb, onun məruzələrinə qulaq asardılar. Çıxışlarına böyük maraq və diqqət var idi.

Səfir kimi fəaliyyəti hər zaman maraq dairəmdə olub və gördüyü işlər haqqında söhbətlərimiz olardı. Əliyar müəllimin Güney Azərbaycan Milli Hərəkatının güclənməsində də xüsusi xidmətləri olub. İranda ermənilərə qarşı xüsusi diqqətin göstərilməsini mətbuatda ifşa edirdi. İranda yaşayan Azərbaycan türklərinin məktəb və mətbuatının olmaması onu çox narahat edirdi. Bakıda hər zaman güneyli fəallarla görüşüb və onlara öz tövsiyələrini verirdi.

Səfir kimi fəaliyyəti Türkiyənin tanınmış diplomatlarından, xarici işlər naziri olmuş mərhum İsmayıl Cemin diqqətini cəlb etmişdi. Bir dəfə Əliyar Səfərli ilə İsmayıl Cemin Bakıya səfərində onunla görüşü baş tutur. Əliyar müəllim səfir işlədiyi vaxtda Türkiyənin İrandakı səfiri ilə sıx dostluq münasibəti var idi. Xarici işlər naziri ilə görüşü o təşkil etmişdi. İsmayıl Cem ona deyir ki, sizin haqqınızda mənə çox danışıblar. Türkiyənin xaricdə sizin kimi vətənpərvər səfirləri çox olsaydı, indi beynəlxalq arenada mövqelərimiz daha güclü olardı. Erməni diasporunun saxta soyqırımı məsələsi bu qədər irəli getməzdi”.

Nazir ona İrandakı fəaliyyəti haqqında məlumatlı olduğunu söyləyir. Əliyar müəllim İsmayıl Cemin onu Qafqaz və İran məsələləri üzrə müşavir vəzifəsinə dəvət edəcəyini danışardı. Nədənsə, sonra bu məsələ unudulur və ya bu istəyin reallaşmasına imkan verilmir. Məsələnin belə olması ona da qaranlıq idi.

Düzdür, bu sualın cavablandırılması o qədər önəm kəsb etmir. Artıq hər iki şəxs haqq dünyasındadır.

Hər zaman Əliyar müəllimin yeri dostları və elm ictimaiyyəti arasında görünəcək.

Ruhu şad olsun böyük insanın!

Tarix
2019.02.12 / 16:24
Müəllif
Elnur Eltürk
Şərhlər
Digər xəbərlər

Kikboksçularımız Macarıstanda tarix yazdı

Əlimizdən alınan uşaqlığımız

İrəvanın böhrandan çıxma yolu: Qarabağ şərti… - Dursun Çiçək

Bu ölkədəki azərbaycanlı xanım elə addım atdı ki... – Video

“Bu türkiyəlilər düşmən dəyirmanına su tökdü”

Makedoniya siyasətçisindən Kərkükə dəstək

Danimarkalı siyasətçi “Qarabağ”ı dəstəkləyəcək

Belçika-Azərbaycan təşkilatı yarandı

Ekspert: “Ermənilərin cürəti çatsaydı…”

“Fransadakı ermənilər əllərindən gələni etdi”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla