Yuxarı

Bu milyarderə fikir verməyin, nar giləsidir…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda nar biznesi ilə məşhur olan, daha çox arvadıyla boşanma qalmaqalına görə xüsusi tanınan Fərhad Əhmədov birdən qərara alıb və ya onunçün qərara gəliblər ki, siyasətlə də məşğul olsun.

Beləliklə, milyarder Əhmədov Azərbaycan müxalifəti üçün “yol xəritəsi” cızır və onu sosial şəbəkədə, öz səhifəsində yayır. Bununla da bir sıra kütləvi informasiya vasitəsi Əhmədovun tezislərini paylaşır.

Qısaca, Fərhad Əhmədov haqqında. Əvvəla onu deyim ki, milyarderin təklif etdiyi “yol xəritəsi” eksklüziv deyil. Yəni o sənədi Əhmədov gördüyünüz bax bu sənədin bazasında hazırlayıb - Rusiya müxalifətinə məxsus olan “Novaya qazeta”da dərc olunmuş “Rusiya müxalifətinin yol xəritəsi”. “Bütün müxalifət qüvvələrinin birləşməsi üçün zəmin nə ola bilər?!” adlanan bu sənəddə bütöv paraqraflar var ki, xüsusilə Mərkəzi Seçki Komissiyasının, seçki dairələri və məntəqələrinin yenidən təşkili və s. barədə yazılanlar azca üslub dəyişikliyinə uğradılaraq təqdim olunur.

Əslində Rusiyada, ciddi dairələrdə bir o qədər tanınmayan, öz məhsullarının reklamını Azərbaycanda bir aşıq xanımın cibinə iki min manat qoymaqla həyata keçirən bu adamın obrazı kimisə çaşdırmasın. Heç bir rəsmi dairədə ciddiyə alınmayan Fərhad Əhmədov Rusiyanın çoxsaylı adi zənginlərindən biridir. Belələrinin içində ömrünü çox pis, hətta vanna otağında kimsəsiz cansız bitirənlər də çox olub. Fərhaddı da. Növbəti nar giləsi. Və bu dəfə də hazırlanan “çernovik”də bir nüans nəzərə alınmır, Moskva-Bakı münasibətlərinin qarşılıqlı etimad və etibara əsaslanan, beynəlxalq maraqların müştərəkləşdirdiyi tərzdə davam etməsi. Qarşıda Rusiya-Azərbaycan liderlərinin növbəti görüşü də olacaq və tərəflər bir-birinin əlini məmnuniyyətlə sıxacaq. Həm də ona görə ki, Azərbaycan gəmisinin sükanı arxasında İlham Əliyevdir…

Tarix
2019.12.16 / 14:49
Müəllif
Mir Şahin
Digər xəbərlər

Özünü ziyalı hesab edən qorxaq ikiüzlülər, hardasınız?

Yaşlı küçə cütlüyü olan xain idbarlar…

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Namizədlər, bağışlayın, amma yalan danışırsınız!

Mir Şahin bu xanımı yerlə-bir etdi - Video

Bu irin topasını şəxsən təmizləyəcəm

Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla