Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 İyul 2020


Bu abırsızlar daha adlarını gizlətmirlər...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargah TƏBİB və digər strukturlarla birgə fəaliyyətdədir. Çox çətin bir missiya yerinə yetirirlər.

Cəmiyyətimizin ayrı-ayrı məsuliyyətsizlərinin cahilliyi və avamlığı səbəbindən virusa yoluxanların sayı artıq neçə gündür ki, 500-dən artıqdır. Operativ Qərargahın, TƏBİB-in yalvarış-rica siyasəti gözlənilən effekti tam vermir. Torpaq yollarla fərarilik edənlər sağlam insanları necə bir risk qarşısında qoyduqlarını anlamırlar. “Ölməyə vətən yaxşı” deyən babaların bir sıra nəvələri “öldürməyə vətən yaxşı!” deyə öldürməyə, xəstələndirməyə üz tuturlar.

Dövlət müstəqilliyinə birbaşa qəsd olan bu hərəkətlərə ideya bazası olaraq alternativ media özünü təklif edir. İnsanlarda şübhə, inamsızlıq, tabesizlik yaradan əsas qüvvələr sosial şəbəkələrdədir. Ən acınacaqlısı da budur ki, sağlam məntiqə əsaslanan, dövlət, millət müstəvisindən itələnərək cəmiyyətə söz deyən, məsələn, millət vəkilləri Fazil Qəzənfəroğlu, Fəzail Ağamalı, jurnalist Aynur Camalqızı və başqaları kimi mövqeli insanlar mənəvi terrora məruz qoyulur.

Əksəriyyət isə abrına quyruq kimi qısılıb susur. Niyə Milli Məclis quzu susqunluğu göstərir? Polisə sosial şəbəkədə qara basqı edəndə parlament üzvlərinin böyük əksəriyyəti ölmüş həssaslıqlarını sürəkli sükutlarla yad edirdilər…

Niyə ənənəvi və alternativ media arasında toqquşma baş verməkdədir?

Qaragüruhun kök saldığı sosial şəbəkələr, xüsusilə Feysbuk platforması bu saat xüsusi xidmət orqanlarının fasiləsiz müayinə etməli olduğu əsas düşərgədir.

Xüsusi istedad yiyəsiyik. Məsuliyyətsiz davranırıq. Maska taxmır, gigiyenamızın qayğısına qalmırıq, sosial məsafə saxlamırıq, bütün müsbət nəticələrin üzərinə cəhalətimizlə tarana gedirik, sonra da deyirik ki, günahkar TƏBİB-dir.

Çünki TƏBİB-in mədəniyyəti çatır ki, deməsin: Ay vətəndaş! Sizə, məsuliyyətsizliyinizə görə ala bilmirik gözlənilən effekti.

TƏBİB-in xəbərdarlıqlarına məhəl qoyulmadığından xəstəxanalarda yer problemi yaranır. Axı deyilmişdi! Heç bir ölkənin səhiyyə sistemi nəzarətdən çıxan miqyasa, saya davam gətirməz, xəstələnməyin. Özünüzü qoruyun…

Deməli, əcəb işdi: siz, biz qulaq asmırıq, koronalığımıza vururuq, damda kabab çəkirik, maska taxmırıq, xəstələnirik, günahkar kim olur, Qərib, eee, TƏBİB…

Sosial şəbəkələrdə TƏBİB-in üstünə düşüblər. Mənfi rəy formalaşdırırlar. Dünənədək Səhiyyə Nazirliyinə az qala meyxana qoşan internet sakinləri bu gün başqa hava çalırlar. TƏBİB pis işlədiyi üçün hansısa xidmətləri yenidən qaytardılar Səhiyyə Nazirliyinə. Ya yaxşı, ya da pis. Üçüncü variant yoxdur sosşəbəkə təkhüceyrəlilərində. Baxmayaraq ki, baş verən dəyişikliklər nə TƏBİB-in pis işləməsinin, nə də Səhiyə Nazirliyinin daha yaxşı işləməsinin nəticəsidir. Hər şey daha sadədir. Dövlət bütün uyğun istiqamətlərin, müvafiq sahələrin əlbir işləməsi üçün hər gün dəyişən şəraitə uyğun addımlar atır. Nə qədər qəribə səslənsə də, bu belədir: xəstəlik sayı artırsa, bu, sosial məsuliyyətsizliyin nəticəsi, müsbət dəyişikliklər baş verirsə, bu, dövlətin prosesi bir sıra hallarda təkbaşına idarə etməsinin nəticəsidir.

Sosial şəbəkələrdə isə məhz dövlət vurulur. Vətəndaşların sərbəst gəzintiyə meyil, evdə qalmaqdan yorulmaq, xüsusi formullarla yaşamaq kimi hallardan bezmək kimi ovqatlarına toxunulur. Qızışdırılır. Burada əsas hədəf dövlətdir. Onun sabitliyə, sakitliyə cavab verən strukturlarıdır.

Bəlli ünvanlar var ki, qaragüruh da, ağ qiyafəli həmcinsləri də məhz onu vaxtaşırı vurur. Dövlət məmuruna qarşı kütləvi kin təlqin edilir. Xüsusilə son zamanların islahat ruhundan su-istifadə edilir. Əvvəllər anonim adlarla işləyən şəbəkə məxluqları indi o qədər abırsızlaşıblar ki, day adlarını, soyadlarını da gizlətmirlər.

Məsələn, “polisi söy, təhqir et” kampaniyasında sosial şəbəkəni idarə edən qaragüruh hamının bir nəfər kimi səfərbər olmasını təşkil edir. Amma “polisə gül atanlar” dərhal lənətlənir, qaragüruhun üfunətpərvərlərinə qoşulan dırnaqarası ziyalıcığazlar internetdə ictimai qınaq yaradırlar. Halbuki ictimai qınağı koronavirusdan daha təhlükəli olan virus-insanlara qarşı yaratmaq lazım idi.

Xalq ideologiya və informasiya arasında qalıb. İqtidarın sosial şəbəkədə öz siyasətini çatdırmaq imkanları ya pis təşkil edilib, ya da heç yoxdur...

Tarix
2020.06.28 / 22:37
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Zənn edin, Böyük Qarabağ savaşına hazırlaşırıq... - Video

Bu, Prezidentin qarşılaşdığı ən ciddi problemdir...

Osman bu qıza görə mininci vertalyot qəzası keçirir...

Prezident zaldan çıxanda qəflətən geri qayıdır və...

10 min şam, 20 min sarımsaq almaq...

Gəlin, anlayaq, qanaq ki…

Bu milyarderə fikir verməyin, nar giləsidir…

MM yararsızdır? Bu nə hoqqabazlıqdır?

Mir Şahin: PA-nın ictimai-siyasi şöbəsinin ləğvi... – Video

Mir Şahinin mitinq şərhi - Video

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla