Yuxarı

Ermənistan yeni hərbi hücuma hazırlaşır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 24-dən etibarən hər gün İrəvan istiqamətində uçuşlar həyata keçirilir. Bəlkə elə bu saat da. İl-76 təyyarələri ilə həyata keçirilən bu uçuşlarda Rusiyadan Ermənistana silah və sursat daşınır. Rusiya Azərbaycanın sualına Ermənistana yeni hərbi yük reysləri ilə cavab verir. Son 20-25 gün ərzində 500 tondan artıq silah-sursat...

Azərbaycanın ərazilərini işğal edən aqressora. Niyə daşınır? Hansı məqsədlə edilir bu? Axı Rusiya Azərbaycanın strateji tərəfdaşı idi? Nə marağı var?

Təxminlərimiz: Ermənistan Azərbaycana qarşı növbəti hərbi həmləyə hazırlaşır. Rusiya isə öz forpostuna hərbi himayədarlığını davam etdirməklə dəstək verir. Tovuz istiqamətində qeydə alınmış hücum, Gəncə şəhərini ermənilərin raket atəşilə təhdidi, Ermənistanda “opolçeniya” dəstələrinin yaradılması barədə qanun... Və bütün bu provokasiyaları Ermənistan, ATƏT-in Minsk Qrupunun həmsədri, amma daha çox özünü Minsk Qrupunun sədri kimi aparan Rusiyaya arxalanaraq törədir.

Ermənistana müntəzəm silah-sursat daşıyan Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri statusunda vasitəçilikdən danışması daha heç bir beynəlxalq əxlaqa sığmır. Rusiya Ermənistandan Yaxın Şərq ölkələrinə, xüsusilə Suriyaya silahların ötürülməsi üçün məntəqə kimi istifadə etdiyini əsla gizlətmir. Bir sıra reyslər, gördüyünüz kimi, Rusiyadan-Ermənistana, Ermənistandan İrana, hətta Küveytə və Suriyaya yön alır. Son marşrutlardan biri Rusiyadan İrəvana və oradan Suriyaya-Latakiyayadır.

Sirr deyil ki, Ermənistan regionda silah qaçaqmalçılığının mərkəzinə çevrilib. Təsadüfi deyil ki, Suriyaya KTMT ölkələri sırasında qoşun göndərən yeganə ölkə Ermənistandır. Müttəfiqsizləşməkdə olan Rusiyanın Ermənistanın ümidinə qalması yalnız acınacaqlı emosional fakt deyil, həm də və daha çox Moskvanın tez-tez sürüşən, yerini dəyişən xarici siyasi kursunun nəticəsidir.

Geosiyasi fon dəyişdikcə, konturlar daha aydın göründükcə, Azərbaycan dövləti öz müstəqilliyini güzəştə getməyəcəyi, heç bir dövlət qarşısında yenilməyəcəyi, milli maraqları etibarlı şəkildə qoruyacağı barədə birmənalı bəyanatlarını, prinsipial mövqeyinin nümayişini intensivləşdirib. Bütün sahələr üzrə ciddi nəticələrimiz var. Qurgen Alaverdyanın bəyanatına da bu zəmində yanaşaq. Bu dırnaqarası qəhrəmanın çıxışını ermənicə yaymaqda məqsəd ermənilərin sabah tumanı başında başqa bayatılar oxumaq ehtimalının qarşısını almaq idi.

Qurgen kimilərinə müharibə leksikonuna görə adətən “dil” deyirlər. Ələ keçirilmiş bu “dil” hələ çox şey danışacaq. Özü də bu dil məhz ermənilərin başa düşdüyü dildir.

Bu, həftənin tədris mövsümünün birinci dərsi-müstəqilliyin necə qorunması barədə düşündüklərimiz idi. Çıxarıdığımız nəticə çox sadə və çox da mühümdür. İlham Əliyev göstərdi ki, o, Qarabağ mövzusunda, Azərbaycanın ərazi bütövlüyü mövzusunda, milli maraqların qəbul etmədiyi heç bir mövqeni yaxın buraxmır, buraxmayacaq. Qarşı tərəfin gücü, nüfuzu, əhalisi və ərazisinə baxmadan. Düşmənin müttəfiqinə, havadarına, onun nüfuz dairəsinə baxmadan!

Tarix
2020.08.31 / 00:58
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

Putin bunu deyəndə qarşısında Nikol vardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla