Yuxarı

İrəvan bu qədər zəifdirsə, niyə müharibə istəyir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlahəzrət məntiqə görə, madam ki, Ermənistan belə zəif, hətta bir sıra parametrlərə görə zavallı gündədir, onda nədən Paşinyan Azərbaycanı müharibəyə çəkmək istəyir? Məqsədi nədir?

Məqsəddən daha çox məcburiyyət elementi var ortada. Ermənistan müstəqil dövlət olmadığı üçün onun nə müharibəsi, nə də sülhü öz əlindədir. O, bu müharibəni Azərbaycana mane olmaq üçün etməli olur. Və bununla da Avropa bazarında öz neft-qaz ehtiyatlarından istifadə edərək enerji üstünlüyünü siyasi təsir alətinə çevirmək istəyən böyük maraqların təmin olunmasına işləyir.

Azərbaycanla hərbi hərəkətləri bərpa etmək təkcə bu regional liderin inkişafına deyil, həm də bu inkişafın bəhrələrini onun Avropa ilə, dünya ilə bölüşdürmək niyyətlərinə əngəl törətmək məqsədi daşıyır. Bunun belə olduğunu iddia etməkdən ötrü Tovuz təxribatının hədəfi olmuş, elə açılışı ərəfəsində yaşadığımız TANAP-ı onu neçə-neçə dövlətin intizarla gözlədiyini xatırlayaq. Təkrar edirik: bu yalnız məhdud beynəlxalq əhəmiyyətə mailk Ermənistanın deyil, həm də və daha çox onu təhrik edərək, qısqırdaraq ortaya salan regional qüvvə kimi öz yerini qoruyub saxlamaq istəyən qüvvələrin sifarişidir.

Diqqətlə yanaşılsa, Ermənistanın atdığı son addımların sırf təxribata çəkmək, hərbi teatrı yenidən canlandırmaq xarakterli olduğunu görmək çox asandır. Oyuncaq dövlət hər şeyi edir ki, Azərbaycanı qıcıqlandırsın, həqiqətin haqsızlıqla müqayisədə daha emosianal olması səbəbindən Bakının əsəbiləşəcəyinə “stavka” edib onu sərt cavab tədbirlərinə sürükləsin.

İndi misal gətirəcəyim faktlar isə bir başqa maraqlı mənzərə açır. Ermənistan tərəfdə döyüşən psixoloji vahidlər bunlardır:

Yalan). Dünyanı öz gələcək aqressiv addımlarına hazırlamaq üçün ideoloji zəmin hazırlamaq və bu məqsədlə yalanın bütün rənglərindən istifadə.

Cığallıq). Danışıqları hər fürsətdə pozmaq və məsuliyyəti Azərbaycanın üzərinə atmaq. Guya İrəvan sülh istəyir, amma Azərbaycan aqressiv davranır. Baxmayaraq ki, Paşinyanın arvadı Azərbaycan əsgərinə tərəf üzü üstə uzananda qucağına aldığı avtomat idi...

Öcəşməklə təhrik etmək). Burda Azərbaycanın Tovuz istiqamətində məruz qoyulduğu açıq təxribatı xatırlaya bilərik. Bu addımla hərbi hərəkata KTMT-nin cəlb edilməsi hədəfi var idi. Buna qədər qondarma respublikanın qondarma paytaxtının Xankəndidən Şuşaya köçürülməsi istiqamətində aparılan təbliğat da baş vermişdi. Və yeri gəlmişkən, Livandan son zamanlar gətirilən ermənilərin Qarabağa, Şuşaya köçürülməsi də elə həmin “öcəşmək, cırnatmaq, təxribata çəkmək” planının tərkib hissəsidir.

Tarix
2020.09.14 / 16:15
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla