Axar.az
Yuxarı

Axar.Az Logo

Üstüörtülü xanımın altdan verdiyi sual...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyevin medianın sualları qarşısına məhz indi çıxmasını mən, prosesləri ardıcıllığı ilə izləyən, dövlət başçısının - xəbərlə iş prinsipini müntəzəm təhlil edən biri kimi - dünyanın kütləvi informasiya vasitələrinə qələbə sonrası məlumatlandırma, Əliyevin üslübünda yekunlama kimi anlayıram.

Bir maraqlı ştrix də. Şuşanın məğlub 8 mayının qarşısına Şuşanın qalib 8 noyabrı, Qarakəndin matəm 20 noyabrının qarşısına Ağdamın qayıdış 20 noyabrı ilə çıxan İlham Əliyev Xocalı soyqırımının 26 fevralını da dünya mediası vasitəsilə bütün planetə əslində qələbənin elan edilməsi, regionda, qitədə, dünyada Azərbaycanın yeni yeri barədə yeni dövrün başlanması tarixi kimi təqdim etdi.

Əliyev tarixi dəyişir. Sözün həm həqiqi, həm də məcazi mənasında. Bir qeydim də olacaq. İlham Əliyev müharibənin gedişində verdiyi müsahibələrdə sanki atəş nöqtələri susdururdu. Bu əsl dava müsahibələri idi. Görünməmiş hadisəyə - yəni müsəlman dövlətinin uğur qazandığına şahidlik edən aparıcı ölkələrin kütləvi informasiya vasitələrinin qəzəb və qərəz dolu suallarına sərrast cavablar verən Prezident təkcə Azərbaycanın milli maraqlarını deyil, həm də savaşın ilk saatından ona siyasi-mənəvi dəstək verən qardaş Türkiyə, Pakistan kimi müttəfiqlərinin də mənafelərini müdafiə edirdi. Bütün müsahibələrdə Əliyev misilsiz səbirlə davranır, ayrı-ayrı ağızlardan səslənsə də, eyni məkrli məzmuna malik olan sualların yanlışını, əyrisini göstərirdi.

Media ilə 26 fevral görüşündə isə artıq biz qalib dövlətə ünvanlanan suallarda başqa hava duyduq. İranlı üstüörtülü xanımın altdan verdiyi sualı çıxmaq şərtilə, demək olar ki, Prezidentə verilən bütün suallar səmimi, qərəzsiz idi. Əliyev müharibə zamanı və ondan sonrakı açıq diplomatiyası, səmimi və mərd performansı ilə Böyük Medianın Azərbaycana, onun liderinə münasibətini müsbətə dəyişmişdi. Və elə buradaca Əliyevin - qarşısındakı şəxsi sındırmadan utandırmaq, məzəmmət etməklə incitməmək, qadına ehtiramla yanaşmaq, amma bununla yanaşı həqiqətin, dürüstlüyün çox vacib olduğunu birmənalı şəkildə anlatmaq keyfiyyətini qeyd etmək istərdim. İranlı jurnalistlə dialoq zamanı Əliyevin tövsiyələri Yeni Media qanunu ərəfəsini yaşayan Azərbaycan Kütləvi İnformasiya Vasitələri üçün də maraqlı olmalıdır.

Tarix
2021.02.28 / 23:38
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Ermənilərin Sevinc içində tapdıqları Qənimət - Video

Müharibədə qalib gələn Bakıya “sülh məğlubiyyəti”...

Sərkisyanın “İsgəndər” etirafı və mahiyyəti...

“Lavrov iki rayonu qaytarır, ya Allah…”

Belə yaxşıdır, Ramiz Mehdiyev - Video

İrəvan bu qədər zəifdirsə, niyə müharibə istəyir?

Mehdiyev və Həsənova ən ağır cəza... – Mir Şahin

Ermənistan yeni hərbi hücuma hazırlaşır

Mir Şahin: Mehdiyevçilik darmadağın oldu - Video

Mir Şahin: Oğrun-oğrun bərpa edir... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla