Yuxarı

Müharibədə qalib gələn Bakıya “sülh məğlubiyyəti”...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistanı kapitulyasiyaya məcbur etməsi Avropanın bir sıra aparıcı dövlətlərini məyus edib.

Əvvəllər biz daha çox meydanda Fransanın başı pipikli xoruzlanmalarının şahidi olurduqsa, son günlər Almaniyanın manyakal bir antiazərbaycan fəallığını müşahidə edirik. Nəzərə alsaq ki, Almaniya diplomatlarının, elə Bakıdakı səfir də daxil olmaqla, işğaldan azad etdiyimiz əraziləri görməyə gözü yoxdur, yəni həmin ərazilərə gedib öz gözləri ilə baxmağı belə lazım bilməyiblər, deməli, artıq müəyyən nəticələr çıxarmaq da olar. Müharibədə qələbə qazanmış dövlətə sülh məğlubiyyəti. Almaniyanın Azərbaycanla bağlı bugünkü siyasətinin məğzini qısaca belə ifadə etmək olar. Amma niyə? Nə üçün Almaniya Azərbaycanın simasında ədalətin, haqqın, o cümlədən insan haqlarının, ərazi bütövlüyü iradəsinin qalibiyyətinə sevinə bilmir?

Avropa Oyunları zamanında olduğu kimi, “Avroviziya” yarışlarında olduğu kimi, Formula-1-də olduğu kimi... Və bütün başqa zəfər səbəblərində olduğu kimi... Niyə axı? Merkelin Almaniyası 1933-cü ilin Almaniyasına niyə bu qədər oxşayır? Azərbaycan da daxil olmaqla, dünyanın azadlıq və müstəqillik yenilərinə söz azadlığı dərsi keçən Almaniyanın mediası özü niyə siyasi sifarişləri yerinə yetirməkdədir?

Başa düşürük. Marqarita Simonyanın təsiri Almaniya mediasında hiss olunandır. Amma bu qədər də yox da. Almaniya Azərbaycanın qələbəsini ola bilsin, həm də ona görə həzm edə bilmir ki, məğlub kimi ermənilərlə həmkardır. Onlar da belə bir kapitulyasiyaya məruz qalıblar. Allah Keytelə rəhmət eləsin...

Bayaq dedim ki, bugünkü Almaniya 1933-cü ilin Almaniyasına oxşamaqdadır. Demək ki, yanılmırammış... Əlbəttə, Merkelə sual çoxdur, məsələn, niyə onun kabinetində, düz başının üstündə yəhudiləri təqib ideologiyasının banilərindən olan Hans Qlobkenin portreti asılıb. Özü də nə az, nə çox, düz 15 il. Hans hüquqşünas olmaqla irqçi qanunların yaradılmasının əsas iştirakçılarından idi. Yəhudilərin fərqlənməsi nişanını məhz o icad etmişdi və eləcə də almanlarla yəhudilərin nikahına qadağa qoyan qanunun da müəllifi odur. Düzdü, bu gün hər şeyi portretlə lazımi diqqət yetirməyən xadimənin, ya da bir başqa dəftərxana məmurunun üzərinə atmaq olar. Amma 20 ilə yaxın müddətdə öz kabinetində bu boyda rasisti görməmək də olmazdı axı.

Deməli, Almaniyanın Azərbaycandakı səfiri də işğaldan azad edilmiş ərazilərə elə həmin gözlə baxıb və ya heç baxmayıb... Axı kovuiddisidentlərə su şırnağı ilə atəşə tutmaq da, xəsarət yetirmək də Merkelin siyasi-mənəvi tərkibidir.

365 adam! Onlara ikrahla “kovidiot” adını da biz verməmişik. Merkel nə demişdi? Kimin yadındadı? Fəaliyyətə başlayanda: “And içirəm ki, öz gücümü alman xalqının rifahı üçün səfərbər edəcəm, onun nailiyyətlərini artıracaq, ziyandan qoruyacam və s. və ilaxır. Allah mənə kömək olsun”. Sitatın sonu.

Və Hansın portreti rakursundan baxanda Merkeli başqa şəkillərdə də görmək mümkündür. Məsələn: bu şəkildə Merkel skinhedlərlə bir yerdədir. Şəklin tarixi 1993-cü ilə aparır. Hadisələrin almanların Maqdeburqd şəhərində cərəyan etdiyi iddia edilir. O qədər də ürəkaçan sözlərlə müşayiət edilməyən Fraunun şəkli bir zamanlar çox məşhur idi. O da maraqlıdır ki, neonasistlərin toplantısdında Merkel skinhedlər antifaşist Torsteni beysbol bitası, bizim dildə kirtdəyi ilə ölənədək döyməsindən sonra peyda olmuşdu...

Bəzi media mənsubları isə Merkelin Bundestaqda çıxış edərkən çaşaraq “antisemitizm bütün almanların vətəndaşlıq borcudur!” deməsini də xatırlayır... Əlbəttə, Merkel o şəkillərə də izah tapıb, guya gəncləri neonasist ideyalardan çəkindirməyə gedibmiş. Faşizmlə mübarizəyə sövq edirmiş-filan. Amma dünən Hansın, bu gün bir başqasının şəkli... Təsadüflər çox olur axı. Və bunlardan sonra adam anlamağa başlayır ki, Almaniya niyə Ermənistana daha çox bənzəyir... Almaniyanın, elə bütünlükdə Avropa İttifaqının qalib Azərbaycana qərəzli münasibətində əsas səbəb bizim gözlənilməz, onlardan ötrü gözlənilməz qələbəmizdir... Bir başqa səbəb də var. Bu da Almaniyanın, bütünlükdə Avropa ittifaqının özünün siyasi böhran içində olması və buna görə də diqqəti kənara yayındırmasıdır. Bu gün Avropa İttifaqı vaksin diplomatiyasından, vaksin təzyiqindən istifadə etməkdədir. Onun bir zamanlarkı insan haqları, söz azadlığı fəndləri və priyomları artıq işə yaramır. Ona görə ki, Azərbaycan müharibə dövründə Prezident İlham Əliyevə yönəldilən suallardan tam başa düşdü ki, dırnaqarası Avropa demokratiyası, media azadlığı nədir. Ortada açıq görünən, sırtıq bir davranış tərzi var. Azərbaycan bütün qanunauyğunluqlara, beynəlxalq öhdəliklərə, sənəd-saziş qaydalarına görə COVAX-la iş görmək istəyib. Yəni danışıb. Razılaşma əldə edib, tələb olunan qədər avans ödəyib və nəticədə vaksin almalıdır. Hətta adi Berlin və ya Paris əyalətindən gələn fermerin ağlı üçün də adi sövdə aktı. Bəs nə baş verir? Heç nə, adam pulu alıb, malı vermir, vicdansızcasına cığallıq edir. Nə qədər qəribə səslənsə də uduzmağını arzulamadığı tərəfin məğlubiyyət hayıfını vaksinə ehtiyacı olan insandan çıxır. Bu vaksini ona göndərməməklə…

Tarix
2021.03.29 / 10:42
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla