Yuxarı

Ermənilərin Sevinc içində tapdıqları Qənimət - Video

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz qazanılmış qələbəni tədris etməkdə davam etməliyik. Ortada əsrin də yox e, əsrlərin ağlasığmaz qələbəsi var. Görünməmiş. Ağlasığmaz. Amma ağla sığdırmalıyıq.

Anlaşılandır. Əlbəttə, 30 il məğlub durumda olmuşuq. Öyrəşdiyimiz 20 faiz əskiklik bütöv bir davranışlar kompleksi yaradıb. Ədəbiyyatımız, incəsənətimiz, iqtisadiyyatımız, küçə adlarımız, xarici ölkələrə səfər proqramlarımız, idman yarışları üçün motivasiyamız... - bir sözlə, hər şeyimiz bu faktora hesablanıb. Tərgitmək çətindir. Amma barışmamalıyıq. Düşmən üzərində qazanılmış qələbəni həzm etməyə mane olan qüvvələrlə açıq döyüşməkdən çəkinməməliyik. Hansısa pasifistin baxışlarını dövlət maraqlarından çıxış edərək təhlükəsizləşdirməliyik.

Qənimət düşmənə məxsusdur. Zahid olsa da, olmasa da. Buyurun. Sosial şəbəkələrdə Əli Kərimli-Naira Zöhrabyan tandeminin ruporlarılndan biri: Qənimət Zahid. O yazır:

“Hərbi qənimətlər yox, hərbi cinayətlər parkı olmalıdı adı!”

Ardınca şərh yazanların da rəyi eynidir:

“O parka baxmağa kim gedirsə, konkret xalq düşməni elan edilməlidir!”

İndi isə başqa bir hüma quşunu dinləyək. Bu quşun adı Sevincdir. O öz burnu ilə erməni burnu arasında rabitə görür...

Bloger Sevinc Osmanqızı:

“Hərbi Qənimətlər Parkı, ümumiyyətlə qənimətlər, alçaldıcı formada göstərmək, məsələn, uzunburun, ümumiyyətlə təhqirdir, sən düşmən üzərində qələbə çalacaqsan, amma onu aşağılamaq nəyə gərək?”

Təəccüblənmirəm qətiyyən. Bu adamın ötən il dünya azərbaycanlıları dünya erməniçiliyinin hücumuna məruz qalanda tutduğu mövqe yadımdadı axı! O zaman azərbaycanlılar dünyanın hər yerini Qarabağa çevirməkdə, hücum diplomatiyasını öz miqyaslarında nümayiş etdirməkdəydilər.

...Yəni Hərbi Qənimətlər Parkındakı erməni burnunun ağrısını öz üzərində hiss edən Osmanqızının Azərbaycanın qələbəsinə neqativ münasibətinin məntiqi var. O da, Qənimət də, Şuşada gedən Qalib Azərbaycanın bərpa-inşaat işlərini barbarlıq adlandıran Əli Kərimli və Ermənistan deputatı Naira Zöhrabyan da anlaşılandır. Onlar siyasətlə, müxalifətçiliklə yox, düşmənçiliklə məşğul olur. Bu aydındı... Amma sosial şəbəkələrdə özlərini maraqlı göstərmək istəyən ayrı-ayrı fərdlərin, guya humanizm prinsipləri nümayiş etdirən özümüzünkülərin səmimi bir tədris prosesinə, qələbə mövzusunda mühazirəyə ehtiyacı var. Praktiki məşğələlərlə.

Anlaşılmalıdır ki, ortada bir qənimət var. Amma eyni zamanda bu qənimətin müəllifləri var. Qənimlər. Biz düşmənə qənim kəsilməsəydik, qənimət də olmayacaqdı.

Baxın: bura Parisdir. Düşmən kəllələrinin nümayiş etdirildiyi muzey. Adı da İnsan Muzeyidir. Bu muzeydə 19-cu əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin kəllə sümükləri nümayiş etdirilir. Və Fransa 21-ci əsrdə də öldürdüyü döyüşçülərin sümüklərini indiyədək Əlcəzairə qaytarmır.

Bura isə Ermənistandır. Bir sıra sosial şəbəkə işıldaquşlarının humanizm hədəfi olan Ermənistan. Erməninin ayağı altındakı türkün başı.

Avamlar, səmimi məlumatsızlar və cahillər üçün başqa nümunələr də var. Məsələn, Portuqaliya və Britaniya hərbi muzeylərində saxlanılan bu eksponatlar...

Davam da edə bilərdik. Amma indi sizə sadəcə olaraq ermənilərin müəllifi olduğu mənzərələrdən birini təqdim edəcəm. Xahiş edirəm, əsəbləri zəif olanlar və ürəyi xəstələr baxmasın. Elə pasport yaşına çatmayan tamaşaçılarımız da. Bu kadrları mən bilərəkdən nümayiş etdirirəm. Humanizm üçün yer saxlamadan:

(Bax: Təqdim edilən videonun 40-cı dəqiqəsindən 45-ci dəqiqəsinə qədər)

Tarix
2021.04.19 / 00:15
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla