Yuxarı

Qəribə səslənir, amma Şuşa Qarabağdan artıqdır!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə qədər qəribə səslənsə də deməliyəm: Şuşa Qarabağdan artıqdır!

Ona görə ki, Qarabağ böyük Şuşanın kiçik bir mənəvi ərazisidir. Və ya Şuşa mənəvi zənginliyi ilə bir neçə Qarabağa bəs edəcək miqyasda, həcmdə, miqdardadır! Və ən başlıcası: Mədəniyyət Paytaxtımız Şuşa bundan sonra Azərbaycanın həm də Qələbə mədəniyyətini nümayiş etdirməlidir.

Nədir Qələbə mədəniyyəti? Öz hərbi üstünlüyünü iqtisadi və elmi üstünlüyə çevirməyi bacarmaq. Silahın ucunda gətirdiyini qələm və fırçanın ucuna təhvil vermək. Güclü olmaqla yanaşı, faydalı olmaq.

Prezident Əliyevin Qarabağ kursu işğaldan azad olunmuş ərazilərdə, Yer kürəsinə 21-ci əsrin ASAN Respublika Modelini təqdim etməyə hesablanıb. Ağıllı kənd, ağıllı şəhər layihələri barədə danımışıq. Bu istiqamətdə növbəti addım, işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Prezident sərəncamı oldu. Yaşıl enerji günəş işığı, külək, yağış, gelgit, bitki, yosun və geotermal istilik kimi təbii mənbələrdən gəlir. Bu enerji mənbələrinin üstünlüyü onların təbii olaraq yenilənmə qabiliyyətidir. Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında bu günlərdə imzalanmış müqavilə də məhz işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılacaq, işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişaf və əhalinin məskunlaşmasından asılı olaraq enerjiyə tələbat və enerji təchizatı ssenariləri, bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası, enerji effektivliyi, nəqliyyat, şəhərsalma, tullantıların idarə edilməsi, ağıllı şəbəkələr, yaşıl maliyyələşdirmə və s. kimi hələlik çətin qavradığımız, amma tez bir zamanda həyati ehtiyac və ehtiyatımız olacaq məsələlər əhatə ediləcək.

61 ildir fəaliyyət göstərən TEPSCO dünyanın 90-dan çox ölkəsində olduğu kimi Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Məsələn: “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətləri göstərib, Azərbaycan Respublikasının enerji sektorunun sahəvi təhlilini aparıb. Ola bilsin ki, danışdıqlarım spesifik mətn kimi bir az yorucu görünsün, amma Qarabağın gələcəyi həm də bəşəriyyətin gələcəyinin olduqca məsuliyyətli bir maketi kimi planetar məna daşıyır.

Dünyanın gözü həm də bu baxımdan burdadır. Prezident də elə buna görə, yaşıllığa yalnız peyzaj, yalnız təbət mənzərəsi tək baxmır...

Tarix
2021.05.10 / 21:28
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla