Yuxarı

Qardaş dövlətdən gələn nəşənin tüstüsü...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi də proqnozlaşdırılan siyasəti biz Tehrandan gözləyirik.

Əlbəttə, biz nəyinsə xətrinə, məsələn, Şuşa məscidinin fars naxışlarının üstündən qırmızı xalı salıb ehmallıca keçə bilərik. Amma elə qırmızı xətlər də var ki, onların üstündən sadəcə keçmək olmaz.

Azərbaycan apardığı müqəddəs Vətən müharibəsində İran İslam Respublikası ilə sərhədlərinin bu tayını da leqallaşdırdı. Unudulmamalıdır ki, Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə ilk təbrik edən dövlətlərdən biri də İrandır. Ərazi bütövlüyü isə ilk növbədə dövlət sərhədidir. Bu sərhədin məftili setar deyil ki, kökünə düşən hava çalasan...

Bizim öz kökümüz var. Və belə həssas məqamda gərək qardaş dövlətdən daxil olan nəşənin də tüstüsü düz çıxa. Yoxsa adamın ağlına min şey gəlir.

İranla sərhəddə sərhədçilərimiz öldürülür... Narkoticarət marşrutu tərs fars əlifbası yolu gedir...

Qaragöl ətrafında qara pişik tutmaq cəhdləri dayandırılmalıdır. Xüsusilə ona görə ki, o qara pişik orda heç yerli-dibli yoxdur və olmayıb.

“Qara balığ”ı oxuyaq, bəradərlər! Qara balığı! Səməd Behrəngidən.

Biz qara balığıq. Göl də bizimdir! Balıqudanın qarnında da vuruşuruq!

Azərbaycan Prezidentinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda müzakirədə çıxışı regiona, qitəyə, dünyaya sülh və əməkdaşlıq xitablarından ibarət idi. Nizami ilində Nizami Gəncəvi mərkəzinin platformasında. Avropadan daxil olan bəzi neqativ demoqogiyalara baxmayaraq, praqmatik Əliyev “qoca qitə”yə gənc Azərbaycanın köməyini əsirgəmir.

Əslində Nizami Gəncəvi müzakirəsində həm də Avropaya körpü təklif edilirdi. Özü də sınanmış. Etibarlı körpü. Buyurun.İstifadə edin. Keçin. Amma bizim də sizə ehtiyacımız var.

Amma bu, heç də hansısa barmaqdan sorulmuş, gənc, təcrübəsiz dövlətlərə təzyiq aləti kimi psevdodəyərlərin ölkəyə idxalı ilə bağlı deyil, bu, daha sadə, daha praktiki, daha real kömək hərəkətləri ola bilər. Və bu kömək Ermənistanın siyasi-diplomatik əhilləşdirilməsinə, yonulmasına, cilalanmasına daha çox lazımdır.

Tarix
2021.05.23 / 23:44
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla