Yuxarı

Niyə Xankəndiyə girmədik?..

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın bütün suallara konkret cavabı var. Məsələn belə bir sual: Niyə Xankəndiyə girmədik?

Cavab: ona görə ki, biz o ərazilərdəki erməniləri əhalimizin tərkib hissəsi hesab edirik. Onları Azərbaycan qanunları ilə yaşamağa öyrədəcəyik, maarifləndirəcəyik, edəcəyik. Hədəf budur.

Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər cəmiyyətimizə mütləq inteqrə edilməlidir. Ölkənin başqa hissələrində yaşayan ermənilər kimi.

Başqa bir sual: kapitulyasiya olubsa, onda indi atanlar kimdir? Biz kimi susdururuq?

Cavab: İkinci Dünya müharibəsi başa çatmışdı, amma sonralar hələ uzun müddət ölkə ərazisində faşist vılezkaları ilə, düşmən tör-töküntüləri ilə açıq-gizli döyüşlər aparıldı. Azərbaycan antiterror əməliyyatları da aparır, qaçıb dağlara sığınmış silahlı bandalarla da...

Bir sözlə, suallar ola bilər. Amma cavablar da olmalıdır. Çünki qaragüruhun artıq çoxdan siyasi yox, kriminal mahiyyət kəsb edən kərimliqalıqları uydurduqları yalanlara o qədər inanıblar ki, artıq hamının hər şeyi və hər kəsi unutduğunu zənn edirlər. Məsələn, sosial şəbəkələrdəki səviyyədaş və səviyyəbaşlarına qəflətən bağırırlar ki, biz müharibə zamanı dövlətə dəstək verdik, arxalarınca su atdıq və s. Amma ay bəycik və gəlinciklər, axı bu dünən olub, necə belə yalan danışa bilirsiz axı?! Siz deyildinizmi “qoymayın vətəndaşların pikaplarını apardılar” - deyə müharibə ərəfəsində hay-küy qaldıran!? Məgər bu pikapları maşın bazarına aparırdılar?

Ya da döyüşün qızğın çağında döyüşənlər arasında zəif iradəliləri tapıb şikayətlərini paylaşmaqla orduda vəziyyətin yaxşı olmadığını sübut etməyə çalışmaqda məqsəd nə idi?

Həlledici cinahlarda döyüşlərə rəhbərlik edən ayrı-ayrı komandirlərin, ordu rəhbərliyinin ünvanına ən sərt ittihamlar səsləndirmələr nə idi bəs? Axı müharibə gedirdi! Su atırdız, hə, amma burnunuzun suyu idi bu ən yaxşı halda.

Bir psixoloji məqam da var. Biz Prezidentin Qarabağa, işğaldan azad edilmiş ərazilərə səfərinə öz səfərimiz, hər birimizin səfəri kimi yanaşmağa öyrəşməliyik. Başa düşürəm, xoşbəxtliyə adət etmişik. Şuşada, düz Cıdır düzündə şəkil çəkdiririk, Laçında soyuq suda araq sərinlədirik, aramızda hətta Zəfər yolunun asfalt qabığına ağız büzən də tapılacaq... Amma Böyük Qayıdış platforması indi işə düşür. Prezidentin bu gün etdiyinin adı belədir: Qələbənin, müharibənin nəticələrinin möhkəmləndirilməsi. O ideologiya-informasiya savaşını yalnız Ermənistanla deyil, onu himayə edən ölkələrlə də aparır. Ermənistana daha çətindir. Nəzərə alsaq ki, Azərbaycan cəmiyyəti özünün qalib ovqatına bu qədər çətin öyrəşir. Görün 30 illik üstünlükdən 44 gün ərzində məhrum olan onillərin qalib dövlətinin vətəndaşlarının öz məğlub durumlarına alışması nə qədər ağır və çətindir.

Prezident bizə qələbəni, düşmənə isə məğlubiyyəti aşılayır. Təsəvvür edin, əgər bizdə, yəni qalib ölkədə - əsrlərin tarixi qələbəsini qəbul etməyənlər, “10 noyabrda biz kapitulyasiyaya uğramışıq, ermənilər yox!” deyən əbləhlər, qələbəmizlə barışmayanlar varsa, Ermənistanda məğlubiyyətilə barışmayanların daxili vəziyyəti necədi...

Tarix
2021.08.23 / 09:00
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla