Yuxarı

Başçılara aid sərəncam: rüşvətsiz qazanc yolu varkən...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diqqətinizi olduqca mühüm, amma maraqlıdır ki, nədənsə olduqca az populyar olan bir sənədə cəlb etmək istəyirəm.

Diqqətli tamaşaçının yadında olmalıdır: Prezident İlham Əliyev hələ bir neçə il əvvəl şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulmuş daxilolmalardan, büdcə ilinin sonuna artıq yığılmış vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi qaydaları ilə bağlı sərəncam imzalamışdı. Sənəddə belə bir yer də var:

“Maliyyə Nazirliyi cari büdcə ilində yanvar ayının 25-dək əvvəlki büdcə ilinin nəticələrinə əsasən, bu Qaydanın müəyyən bəndlərinin tələbləri nəzərə alınmaqla, şəhər və rayonlar üzrə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan hissəsinin 50 faizinin məbləğini müəyyən edir və onun istifadəsi ilə bağlı təkliflərin təqdim edilməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərir”.

Əziz başçılar! Bu sənədi mütləq tapın və oxuyun. O zaman görəcəksiniz ki, qanuni yolla qazanmaq, rayonlarımızı hətta milyonçu etmək imkanınız var! Rüşvət almadan. Neqativ əməllərə qurşanmadan. Beləliklə, yerli icra hakimiyyəti orqanları bu Qaydanın 2.4-cü bəndinə əsasən, cari büdcə ilində fevral ayının 1-dək gəlir və xərclər smetasının layihəsini və həmin smeta layihəsinə dair izahat məlumatlarını Maliyyə Nazirliyinə təqdim edir.

Maliyyə Nazirliyi cari büdcə ilində fevral ayının 10-dək protokolla rəsmiləşdirilmiş yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir. Yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər smetasının bir nüsxəsi Maliyyə Nazirliyində saxlanılır, digər nüsxələri isə müvafiq yerli icra hakimiyyəti orqanlarına və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilir.

Büdcədənkənar gəlirlərin istifadəsi - diqqət-diqqət (!) - bu məqsədlərə yönəldilir:

Vəsaitin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə; davam edirik, vəsaitin 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə; və vəsaitin 50 faizi mədəniyyət, incəsənət, turizm və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə, eləcə də şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə!

Deməli, heç bir yetimin malına göz dikməyə, həssas təbəqənin kartına girməyə, Heydər Əliyev Fondunun göndərdiyi paya haram əl uzatmağa ehtiyac yoxdur! Sadəcə o sərəncamı tapın. O sənədə uyğun fəaliyyət göstərin, dövlət adına, qanun adına, xalq adına qazanın, qazandırın! Görəcəksiniz ki, heç kimi yasına bir qutu yağ aparıb “çörək verən başçı” imicinə yiyələnməyə ehtiyac qoxdur.

Tarix
2021.09.19 / 22:08
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla