Yuxarı

90-ların artığı, həpənd görün nə deyir…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilmirəm fikir vermisiz, ya yox, Azərbaycanın qələbəsini bir qayda olaraq məğlublar tənqid edir.

Dövlətin uğuruna, xalqın qələbəsinə çamur atan, şəkk gətirənlərin ya hamısı, ya da demək olar ki, hamısı məğlublardır, uğursuzlardır, xainlərdir, fərarilərdir. O kəslər ki, ya indi uğursuzluqlarını, maddi və mənəvi investisiyaları üçün səbəbə çeviriblər, ya da elə Birinci Qarabağ müharibəsində böyük bir rüsvayçılıq, biabırçılıq, acınacaqlılıq rəmzləri olublar.

Məsələn, başqa bir Mirzə Ələkbər Sabir həpəndi də var. 90-cı illərin artığı. Daşlaşan, daha doğrusu, nimdaşlaşan keçmişin bir tikəsi. Fəhmin Hacıyev. Gəlin xatırlayaq, kimdi bu Fəhmin?

Fəhmin 1 fevral 1992-ci ildən müdafiə nazirinin vəzifəsini icra edən Ş.Musayevin əmri ilə leytenant rütbəsində hərbi qulluğa qəbul edilərək, əməliyyat idarəsinin baş zabiti vəzifəsinə təyin edilmişdi. 15 fevral 1992-ci il tarixdə, sonradan vətənə xəyanətdə ittiham edilən Ş.Musayev F.Hacıyevə müdafiə naziri əvəzi və baş qərargah rəisinin səlahiyyətli nümayəndəsi olması barədə vəsiqə verib, onu Ağdama göndərmişdi. Leytenanta. Hələ 80-ci illərdə dələduzluq üstündə cinayət məsuliyyətinə cəlb edilmiş birisinə. Və həmin gün Ağdama gələn F.Hacıyev Qarabağ zonası üzrə silahlı qüvvələrin vahid komandanı Əliyevin iş otağını zəbt etmiş, özünü prezident tərəfindən göndərilən səlahiyyətli nümayəndə, bütün Silahlı Qüvvələrin komandanı elan etmişdi. 17 fevral 1992-ci il tarixdə Ağdam Rayon Daxili İşlər Şöbəsi rəisinin kabinetində keçirilən, Ağdamda yerləşən bütün silahlı qüvvələrin komandirlərinin iştirak etdiyi müşavirədə Qarabağ Zonası üzrə Daxili İşlər İdarəsi rəisinin müavini Şahin Cahangirov Xocalı əhalisini mühasirədən çıxarmaq üçün aparılacaq, D.Rzayev tərəfindən hazırlanmış əməliyyat planını təqdim etmişdi. Müşavirədə özünü komandan kimi aparan F.Hacıyev əməliyyatın həmin plan əsasında keçirilməsini qadağan etmiş və Xocalını mühasirədən çıxarmaq üçün rəhbərliyi öz üzərinə götürmüşdü. 21, 22, 23, 24, 25 fevral 1992-ci il tarixlərdə, hər gün F.Hacıyev Xocalı şəhərini mühasirədən çıxarmaq üçün əməliyyatın başlama vaxtını təyin etmiş, hər dəfə də müxtəlif bəhanələr irəli sürərək əməliyyatın keçirilməsini Xocalı faciəsi baş verənədək başqa günə keçirmişdi.

O, 23 fevral 1992-ci il tarixdə “Qrad” qurğularını səbəb göstərmədən Ağcabədi rayonunun aeroportuna aparmışdı. Xocalı faciəsi baş verərkən “Qrad”lar Ağdamda yerləşdirilmədiyindən hücum edən ermənilərə zərbə vurmaq üçün həmin qurğulardan vaxtında istifadə etmək mümkün olmamışdı. 25 fevral 1992-ci il tarixdə axşam saat 22 radələrində erməni quldurları Xocalı şəhərinə hücum edərkən F.Hacıyev heç bir tədbir görməmişdi. Asif Məhərrəmov, Allahverdi Bağırov və Yaqub Rzayevin başçılığı altında Ağdam rayonunun özünümüdafiə dəstələri Xocalı şəhərindən qırğından canlarını qurtarıb qaçan əhalinin yolunu ermənilərdən təmizləmək üçün döyüşə atılanda F.Hacıyev gizlənmişdi. F.Hacıyev Xocalı əhalisinin gizli yollarla mühasirədən çıxarılmasından ötrü Qarabağ zonası üzrə Milli Təhlükəsizlik İdarəsi tərəfindən ona təqdim edilən bələdçiləri yanından qovmuş, insanları qırğına vermişdi. Bax, bu məğlubiyyət və üzqaralıq abidəsi başqa cür danışa bilməz də axı.

Və bu adam hələ başa düşmür ki, delimitasiya nədir. Hələ bir tərcüməsini də edir: “Pozor!”

Savadsız, avam, məlumatsız bir ovuca hesablanmış çıxışı zamanı bu adamın üz ifadəsinə yəqin ki, fikir verdiniz… Adam Qarabağın adını da eynən ermənilər kimi deyir – “artsax”. Və deməyim də odur ki, belələrindən ibarət bir qrup var və o iqtidara deyil, dövlətə və qələbəmizə müxalifətdədir. Onlar təbii ki, Yeni Azərbaycan, “ağıllı kənd”, “yaşıl enerji” şüurundan azı 30 il uzaqdır. Ermənilərə bir şəkilçi qədər də olsa, yaxın olmaq məqsədilə vətənimzin adını Azərbaycan yox, AzərbacYAN oxuyanların demokratiya anlayışları da zərərlidir. Məsələn, bu adamların inam və iman gətirdikləri “importni” demokratiya Azərbaycanı yalnız zəif, düşkün görmək istəyir.

Tarix
2021.10.31 / 22:43
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla