Axar.az
Yuxarı

Səsimiz Biləcəridən o tərəfə keçmir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin geosiyasi iddiaları, Azərbaycan üçün müəyyən etdiyi hədəflər hardadı və onun bu siyasətini dəstəkləməli olan, onu təbliğ etməli, istər yerli, istərsə də xarici mənzil başlarına çatdırmalı olan informasiya və media daşıyıcılarımız, daşıyıcılığımız hardadı?!

Yəni görmürük ki, Prezident azı 100 addım bizdən qabaqdadı?

Tez-tez qürurla bəyan edirik: Biz düşmənə informasiya müharibəsində qalib gəldik. O qədər belə demiş, dua kimi vird eləmişik ki, axırda özümüz də inanmışıq.

Əlbəttə, Ermənistan informasiya müharibəsində məğlub oldu. Amma qələbəni biz qazanmamışıq. Qələbəni Prezident İlham Əliyev qazanıb. 44 açıq savaş günü biz onu informasiya səngərində gördük! Demək olar ki tək! Prezident çox uzaq kombinasiyaları, gedişləri düşünə bilən, qlobal siyasətçidir. Və bu siyasətə də ona layiq, onunla ayaqlaşa biləcək informasiya dəstəyi olmalıdır. Səmimi etirafa cəsarətiimiz çatsın ki, Azərbaycan mediası milli sərhədləri aşmaq gücündə olmadı. Bu gün bu gücdə deyil. Dostlar, həmkarlar, qardaşlar, bacılar, görmürük ki, İlham Əliyev Azərbaycan sərhədlərini çoxdan aşıb? O, BMT Baş Assambleyasında COVİD-19-la bağlı aparılan mübarizədə dünya liderliyini üzərinə götürüb. Burda şişirtmə yoxdur. Bu faktdır. Pandemiya, vaksin millətçiliyi ilə əlaqədar BMT Baş Assambleyasında iki qətnamənin müəllifi şəxsən bizim Prezidentdir. Bəs biz neynirik: hələ beyinə yerləşdiriləcək "çip-çip cücələrim" oxuyuruq. Düşük-düşük. Savadsaz və cahilcəsinə.

Prezident Qoşulmama Hərəkatına rəhbərlik edir. BMT-dən sonra ikinci ən böyük qurum olan bu təşkilat məhz İlham Əliyevi növbəti möhlətə sədr istədi. Bəs biz - media necə, bütün bunları çatdıra bilirikmi? Biz heç Qarabağ müharibəsini normal səviyyədə çatdıra bilmədik.

Bir anlıq təsəvvür edək ki, açıq savaş günlərində İlham Əliyevin o məşhur müsahibələri yoxdur, yerində nə olacaqdı?

Həmkarlarım, dostlarım! Biz ambisiyalı, Qafqazın hüdudlarını aşan, böyük geosiyasi iddiaları olan dövlət olmalıyıq və oluruq da. İlham Əliyev bunu bütün gücü ilə daxili və xarici siyasətində aparır. Bu xətti dəstəkləməli olan informasiya siyasətimiz də var. Amma bugünkü mediamız o yükü çəkmək gücündə deyil. Xəbərlərimiz Biləcəridən o yana keçmir. Bax elə buna görə bizə yeni Media Qanunu lazımdır. Azərbaycan mediasının inkişafını təmin edə biləcək Media Qanunu!

Baxın, bu Qanuna kim mane olur: əslində bu qanunun predmeti olmayan və heç vaxt da olmayacaq dırnaqarası media güruhu. Niyə mane olur? Ona görə ki, media qaragüruhu əmindir ki, bu qanunun qəbul edilməsi ciddi kütləvi informasiya vasitələrinin sürətli və miqyası inkişafına şərait yaradacaq. Biz güclü olacağıq. Belə olan halda telefon jurnalistikasının mexaniki təfəkkür daşıyıcılarına onların zəvzək dırnaqarası yaradıcılığına ehtiyac qalmayacaq. Yəni bu gün “Media haqqında” qanunu rədd etməyə çalışanlar, gah bu, gah başqa binanın qarşısında səsinin cır yerinə salaraq şüvən salanlar əslində bizə mane olmağa, məhz bizim inkişafımızı əngəlləməyə çalışırlar.

Adlar çəkməyəcəm. Amma bunu siz özünüz də edə bilərsiz, onda görərsiz narazı qılafına girmişlərin mütləq əksəriyyəti bu gün ya mediaya ümumiyyətlə aid deyillər, ya da çalışdıqları müstəvi BİZİM Qanunun obyekti deyil.

Gəldiyim qənaət: “Media haqqında” qanunun əleyhdarları əslində yeni media müstəvisində çalışan, qeyri-ciddi, daha çox qeybət və əsassız xəbər anlayışına malik güruhun ənənəvi mediaya qarşı hazırladığı mütəşəkkil müqavimət və hücum kombinatorlarıdır. “Media haqqında” qanuna qarşı çıxanlar əsas etibarilə ya aktiv media fəaliyyətilə məşğul olmayan sabiqlər, ya İT nəzəriyyəçiləri, ya blogerlər, ya da “telefon jurnalistləri”dir. Onlar bizim güclənməyimizdə, inkişafımızda maraqlı deyillər!

Tarix
2021.12.26 / 23:08
Müəllif
Mir Şahin
Şərhlər
Memorial Zefer
Digər xəbərlər

Babalarımızın qatıldığı savaş bizim deyildi...

Biz Qarabağa “geri qayıtmamalıyıq”...

Dövlətin puluna Brüsseldə şəxsi ev alan səfir

Biri döyülməkdən, digər qoçaq “torba”dan danışır...

Ukraynada uduzan İqorun Bakıya təhdidi...

Lavrovun Qarabağla bağlı tarixi etirafı

Əgər Nikol Brüsseldə yenə oyun oynayacaqsa...

Bakını hədələyən Delyagin Putindən nələr yazdı?

“Orucluq ayında gecə klubunda nə işin var?”

Fərrux işğaldan nə vaxt azad edilib? - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla