Yuxarı

Mir Şahin Feyziyevə çağırış etdi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən, əlbəttə, istəməzdim ki, millət vəkili Cavanşir Feyziyevin Britaniyadakı məhkəmə çəkişməsinin yekunları və prosesin Azərbaycan mediasında işıqlandırılmasını bu məcrada şərh edim. Amma alınmır. Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakı toplantısı kimi əhəmiyyətli bir tədbir ərəfəsində mediada başlıqlar, manşetlər dəyişir. Qəflətən tamamilə gözlənilməyən mövzu peyda olur.

Məsələn, bir millət vəkilinin media ilə əməlli-başlı müharibəsi gedir. Kimin haqlı, kimin haqsız olmasını bir kənara qoyuram. Nə olursa olsun, millət vəkili ölkənin birdən-birə bu qədər media subyektinə savaş elan etməməlidir. Özünə qarşı açıq müharibəyə təhrik etməməlidir.

Burda məni narahat edən işin başqa tərəfidi: Səməd Seyidov, Elxan Süleymanlı… indi də Cavanşir Feyziyev... Azərbaycanın beynəlxalq arenada fəal oyunçuları niyə belə cəzalandırılırlar? Zərbə Azərbaycan dövlətinə dəyir axı. Orda da, burda da, “Qardian” yazanda da, “Bizim yol” yazanda da.

Təcrübəli, yaşlı bir jurnalist kimi hörmətli Cavanşir müəllimə müraciət edirəm ki, üzr istəsin və yazdığı məqaləni dərhal silsin. Həmkarlarımdan, mediadan isə daha təmkinli olmağı rica edirəm.

Əlbəttə, Cavanşir müəllimi anlayıram. Ola bilsin ki, əsəbləri davam gətirməyib, hirsini cilovlaya bilməyib. Amma məncə, vəziyyətdən çıxış yolu hələ ki var. Millət vəkili Azərbaycan mediasını özünə qarşı deyil, onun biznesini itkilərə hədəf edən xarici qurum və qüvvələrə qarşı birləşdirməlidir. Cavanşir Feyziyev də, yerli media da Britaniyada bir Azərbaycanlı millət vəkilini, onun simasında Azərbaycanın adını qorumaqda maraqlı olmalıdırlar. Daha Cavanşir Feyziyevi darmadağın etməklə yox.

Və hörmətli millət vəkili də bundan ötrü ilk addımı özü atmalıdır. Səmimiyyətimə inanın ki, cavab adekvat deyil!

Tarix
2022.02.06 / 23:26
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla