Yuxarı

“Orucluq ayında gecə klubunda nə işin var?”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 3-nə keçən gecə paytaxtda gecə klublarından birində baş verən, yaralanmalar və ölüm faktı ilə müşayiət olunan hadisə fonunda bir daha vətəndaş məsuliyyəti barədə danışmaq istəyirəm. Ona görə ki, əslində dünyanın hər bir yerində, hər bir şəhərində baş verə bilən bir bədbəxt hadisədən məhz bu günlər biz başqa nəticələr çıxarmalıyıq. Məşhur “O əjdahadan Ukraynada var, bəs niyə bizdə yoxdur?” kimi suallar verən qaragüruhçudan tutmuş, “Allahın qəzəbinə gəldilər, orucluq ayında sənin gecə klubunda nə işin var?” deyən “yaşıl güruh” əllamələrinə qədər hər kəs!

Hadisənin obyektiv qavranmasını bir az da o qəlizləşdirir ki, ortada getdikcə eybəcərcəsinə, mutantcasına böyüyən, genələn, artan sosial şəbəkə reallığı və bu reallığın qarşısında hər gün bir az qısıqlaşan, öləziyən, fağırlaşan, qaragüruh təhdidi altında özünü sürətlə itirən elitar həya daşıyıcıları var. Bir az çətin dedim deyəsən. Baxın, ölkədə sağlam düşüncə ilə yanaşma tələb edən hər bir hadisə, hər hansı fakt məhz internet məxluqlarının, virtual canlıların, qaragüruhun buradakı qulbeçə və qulfərələrinin aktiv müdaxiləsi ilə dürüst müayinə və araşdılırma yolundan çıxarılır. Tutaq ki, rəsmi şəxs deyir ki, qaz balonu partlayıb, səbəb budur, amma ovuc falına baxan bir fındıq dərhal adyalın altında qurcalanaraq özünün mobil telefon filmini səhnəyə çıxarır: bu terrordur, ya da buna bənzər bir şey... Ardınca nə baş verir? Dövlət, onun hadisə yerində bütün varlığı ilə risk edərək insanları dəhşət zonasından çıxarmaqda, hadisənin fəsadları ilə mübarizə aparmaqda, yaralıları xilas etməkdə, xəstəxanalara daşımaqda olan qurumları təhqir hədəfinə çevrilir... Və biz bir daha əmin oluruq ki, adicə qaz balonu partlayışı nəticəsində yaranmış mənzərədən insanları çaşdırmaq üçün istifadə edən bu güruh elektratı, sabah hər hansı başqa səbəbdən, daha geniş miqyasda baş verə biləcək, iraq olsun, başqa ehtimalı olay zamanı hansı təhlükələri yaratmaqdan ötrü təlim, treninq keçirlər...

İlk baxışdan adi media faktı kimi görünə biləcək hər bir hadisə sosial şəbəkələrdə emal olunaraq antidövlət məzmuna köçürülür. Mükəmməl qaragüruh mexanizmi isə dərhal öz işini görməyə girişir.

Dünənədək Ukraynaya - Kiyevə, Xarkova, Mariupola poetik çələnglər hörən, eyni zamanda bunu Azərbaycanın 21-ci əsrin hələ ki ilk və yeganə Qalib Ali Baş Komandanı İlham Əliyevin sanki acığına edənlərə elə buradan biz demişdik ki, ölkəmizin azad, sabit, firavan mühitinə partlayışı, Xarkov, Mariupol xarabalığını arzulayanlar, əslində gecə vaxtı atəşböcəyi qanadının ani qığılcımından qorxanlardır, bir də əbləhlər, axmaqlar, bir sözlə, bu dövlətin düşməni! Baxın, bu partlayış ocağını “İsgəndər” raketi yaratmayıb. Buranı mərmilərlə vurmayıblar. Burada terror aktı baş verməyib. Bu adicə bir qaz balonunun bir gecə klubunda partlamasının yaratdığı xarabalıqdır.

Bura isə Mariupoldur. Xarkovdur. Partlayan da əyləncə mərkəzi deyil. İnsanların yaşadığı, təhlükəsizliklərini qorumaq üçün sığındığı, gələcəkləri, övladları üçün tədarük etdiyi binalar, məktəblər, xəstəxanalar, uşaq bağçaları, kazarmalar, iş yerləri, istirahət məkanlarıdır, gündəlik həyatlarıdır, ömürləridir. Hər gün atəşə, gülləbarana, dağıntılara məruz qalan sadə vətəndaşlardır. Qaragüruhun qulbeçə və qulfərələrinin təbliğ etdiyi mübarizə yolu Bakıya, Gəncəyə, Sumqayıta, Qubaya, Yevlaxa, Salyana, Lənkərana, adlarını çəkmədiyim, amma hər birinizin yadına düşən hər bir nöqtəyə xarabalıq arzulamaqdır.

Tarix
2022.04.03 / 23:44
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

Putin bunu deyəndə qarşısında Nikol vardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla