Yuxarı

Biri döyülməkdən, digər qoçaq “torba”dan danışır...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya azərbaycanlıları Şuşaya dövlət başçısının qonağı kimi gəlmişdilər. Prezidentlə bir yerdə olmağa. Yanında olmağa. Yolunda olmağa. Gah Xankəndi, gah Xocalı, gah Əsgəran deyərək, işğaldan azad edilmiş geniş ərazilərimiz boyda olmağı bacarmayanların bu qurultay ərəfəsindəki davranışı təbii ki, məyus edir.

Real TV ikinci Ermənistan-Azərbaycan müharibəsi zamanı tərtərlilərin spartalılar kimi müdafiə olunmasından film verdiyi halda, internet künc-bucağında silahlı qüvvələrimizdəki hansısa mutant yığımının biinsanlığını qabardırdılar, hansısa hüquq müdafiəçisi bəyanat verirdi ki, onu döyüblər, bir gün sonra bir başqa qoçaq başına gətirilən hadisədən, nə bilim, torbadan danışırdılar. Əslində, namusa, vicdana, ismətə, qeyrətə, məntiqə qalsa, Dünya Azərbaycanlılarının qurultayı boyda əzəmət törənindən danışmalı olan xaricdəki kanalcıqlar, osmanqızcığazlar, qənimətciklər, filancıqlar, bəşməkançıqlar yalnız qara-qura axtarır, çirkab üyüdürdülər. Baxmayarq ki, bu gün dünya yenidən qurulur. Saat kimi. Tələ kimi. Daha nə bilim nə kimi.

Və bu saat Azərbaycan yeni düzəndə tam yeni beynəlxalq konfiqurasiyanın həm tərkib hissəsi, həm lokomotivi, həm də nəticəsi olur. Məsələn, biz Dünya Azərbaycnılarının 5-ci Qurultayından danışırıq. Bu bir inam işidir. Amma bir müddət əvvəl İstanbulda Azərbaycan regionda, türk dünyasında yeni düzən bərqərar edən islam aləminin də yeni gələciyinin arxitekturasında iştirak etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bütün Qafqazın Şeyxi, digər türk dövlətlərindən olan qiblədaşların boğazından bir-birisiz çay, başları üstündən ay da keçməyəcək! Bu Ramazan türk dünyasında iman kamilliyinin xüsusi məqamı oldu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması başımız üstdə iman və dini əqidə bütövlüyünün də bərpası tək səmavi vəhdət yaratdı.

Və mən bu həftə Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Bakıda məhz böyük türk arxitekturasının bir mühüm hissəsi tək qavradım. Türkiyə ilə müttəfiqlik bəyannaməsi imzalanandan sonra Qırğız respublikası ilə də Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətərarası Şuranın yaradılması haqqında memorandum imzalanması iki qədim türk dövləti arasında sədaqət və qardaşlıq əqdi kimi qəbul edilməlidir.

Tarix
2022.04.24 / 23:12
Müəllif
Mir Şahin
Digər xəbərlər

Özünü ziyalı hesab edən qorxaq ikiüzlülər, hardasınız?

Yaşlı küçə cütlüyü olan xain idbarlar…

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Namizədlər, bağışlayın, amma yalan danışırsınız!

Mir Şahin bu xanımı yerlə-bir etdi - Video

Bu irin topasını şəxsən təmizləyəcəm

Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla