Yuxarı

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra yaranmış yeni reallıq özünə yeni yanaşma tərzi də tələb edir.

Məsələn, tutaq ki, ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana gəlir. Bu gəlinbacını Azərbaycana göndərən Birləşmiş Ştatlar əvvəlcə regionda özünün uzunmüddətli strategiyasını müəyyən etməlidir. Münaqişədən əvvəlki ənənəvi - Ermənistana da, Azərbaycana da balanslı yanaşmaq kursu arxivə göndərilməlidir. Ermənistana da, Azərbaycana da onların potensialına uyğun olaraq siyasət yürüdülməlidir. Amerika Birləşmiş Ştatları Azərbaycana İran-Amerika, Amerika-Rusiya konfrantasiyası pəncərəsindən yox, Azərbaycanın öz potensialından baxmalıdır. Və əgər okeanın o tayı ölmüş statusun xortlaması adına iksirlər icad etmək, dualar vird etmək istəyirsə, boş səylərdir. Ölü dirilmir. Bunu hətta İrəvanın özündə də dərk edirlər, etiraf etməyə cəsarətləri çatmasa belə.

Bu həftə etirazçıların sonuncu çadırı da İrəvandan, Fransa meydanı adlanan məşhur ünvandan yığışdırıldı. Bir aydan artıq küçələrə düşən etirazçılar növbəti dəfə Paşinyana uduzdular. Daha doğrusu, Azərbaycanın məğlub etdiyi Paşinyana uduzdular. Bizim məğlub etdiyimizə artıq neçənci dəfə məğlub olanlar yenidən Azərbaycana dırnaqarası meydan oxumağa, daha doğrusu, meydan züm-zümə etməyə cəhd edir.

Tarix
2022.06.19 / 23:31
Müəllif
Mir Şahin
Digər xəbərlər

Özünü ziyalı hesab edən qorxaq ikiüzlülər, hardasınız?

Yaşlı küçə cütlüyü olan xain idbarlar…

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Namizədlər, bağışlayın, amma yalan danışırsınız!

Mir Şahin bu xanımı yerlə-bir etdi - Video

Bu irin topasını şəxsən təmizləyəcəm

Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla