Yuxarı

Daha heç kim Qənirə Paşayeva olmaq istəməyəcək

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha heç kim Qənirə Paşayeva olmaq istəməyəcək

Qənirə xanım... Gözəl, xanım-xatın, savadlı, gülərüz, mehriban... o qədər artırmaq olar ki, bu siyahını.

Yadımdadı, kənddə kiminsə problemi, xəstəliyi, xəstəsi olanda "Qənirə Paşayevaya yazın, o, həll edər" deyərdilər.

Həmişə yardım edən, həmişə kəndçinin, kasıbın yanında olan idi.

Hansı şəhid ailəsinin narahatlığı olurdusa, "Qənirə xanıma deyək, o kömək edər" deyərdi. Şəhid analarına öz anası kimi sarılan, qazilərə bacı nəvazişi göstərən idi.

Müharibə veteranları işsiz qalıb, hər şeydən bezəndə ilk ağıllarına gələnlərdən biri və birincisi Qənirə xanım olurdu. "O, bizə iş tapar" deyə ümidlərini itirmirdilər.

Universitet vaxtı savadlı, bacarıqlı, aktiv tələbələrə müəllimlərimiz "gələcəyin Qənirəsi" deyərdilər. Bu, ən yüksək qiymət sayılırdı, fərəhlənərdik.

Gözümüzü açıb TV-də onu görmüşdük, jurnalistikanı ona baxıb sevmişdik, ona baxıb həvəslənmişdik, əlimizə televizorun pultunu götürüb, nənəmizdən müsahibə almışdıq, xəbər aparmışdıq.

“Böyüyəndə kim olacaqsan” sualına "Qənirə Paşayeva" deyə cavab verən də biz idik.

Böyüdük, jurnalist olduq. Amma bu gün jurnalistikanı bizə sevdirən xanımın ölüm xəbərini yazdıq, ən gözəl fotosunun altında "Allah rəhmət eləsin" sözlərini gördük. Bir zamanlar ona baxdığımız TV-dən onun ölüm xəbərini eşitdik.

İllərin təcrübəsi, bacarığı, dünyagörüşü, biliyi... hər şey bir anda məhv olub getdi. Geriyə isə böyük, çox böyük sevgi qaldı.

Amma bundan sonra heç kim "böyüyəndə kim olacaqsan" sualına "Qənirə Paşayeva" cavabını vermək istəməyəcək.

Bu taleyi yaşamamaq üçün.

Tarix
2023.09.28 / 23:08
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

AYNA söz verdi, gecə ilə həll etdi - Foto

Bakıda bu yolda hərəkət iflic oldu - Video

Bakıdan Dubaya niyə 5 saata gedirik? - Video

Yeni futbol klubu Region Liqasında çıxış edəcək

Bakıda bu yolda hərəkət iflic oldu - Video

Birmarket Ayfon-18-in qiymətlərini açıqladı

Adamın lap ölməyi gəlir! - Foto

Ukraynada rus əsgəri cəmi 30 dəqiqə sağ qalır - MKİ

“Arzum 9999” qəzanın anbaan videosunu yaydı

Müjgana verilən “Porşe”nin qışqırdığı təhlükə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla