Bu şəkil 1974-cü çəkilib. Həmin il SSRİ-yə təşrif
buyuran Edvard Kennedi paytaxt Moskva ilə barəbər, Tiflis şəhərinə
də səfər edib.
"Axar.az"ın araşdırmasına görə, Sovetlər Birliyində "liberal
senator" ləqəbi ilə tanınan senatorun ən yaxın dostu sayılan yazıçı
Andrey Voznisenski xatirələrində yazır ki, Edvard onun şeirlərini
sevə-sevə oxuyarmış: "Edvard Kennedi 1974-cü ildə SSRİ-yə gəldi.
Onu yüksək səviyyədə qarşıladılar. O, müxtəlif məkanlara, o
cümlədən Gürcüstan Sovet Sosialist Respulikasının paytaxtı Tiflis
şəhərinə getmək istədiyini bildirdi. Dostum sadəliyi sevərdi,
mühafizəsiz gəzərdi, arzusu Sovet metrosunda hərəkət etmək idi.
Səfərinin ikinci günü metrodan çıxan Kennedi mənə, "dostum,
təəcüblənirəm, məni heç kim tanımadı", - deyərək gülümsədi.
Səfərinin üçüncü günü Edvard onu müşayiət edən qrupla Tiflisə
uçdu".
Xatırladaq ki, şəkil Tiflisin mərkəzi bazarlarından birində
çəkilib. "Dezertin" bazarı adlanan sözügedən məkan uzun illər kənd
təsərrüfatı məhsullarının alış-verişi üçün nəzərdə tutulurdu.
Qəribədir, bütün nöqsanları ört-basdır edən, əcnəbilərə SSRİ-də hər
şeyin səliqəli, sahmanlı olduğunu durmadan vurğulayan Sovet
rəhbərliyi Edvard Kennediyə natəmizliyin baş aldığı bazarlardan
birinə getməsinə nə yaxşı razılıq verib?
Qeyd edək ki, Demokratlar Partiyasının üzvü olan Edvard Kennedi
1962-2009-cü illərdə, fasiləsiz olaraq 47 il müddətində ABŞ-ın
Massaçuses ştatının senatoru olub. 2009-cu ildə 78 yaşında vəfat
edib.
O, sui-qəsd nəticəsində qətlə yetirilən Amerikanın 35-ci
prezidenti, məşhur Con Kennedinin kiçik qardaşıdır.