Yuxarı

Nikolayın Türkiyədəki "gizli xəzinəsi" bərpa olunur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolayın Türkiyədəki "gizli xəzinəsi" bərpa olunur

Türkiyənin Qars əyalətinin Sarıqamış rayonunda Rusiya imperatoru II Nikolayın ovçu evinin restavrasiyası bölgənin turizm inkişafına əhəmiyyətli töhfə verə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Türkiye” qəzetində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə xatırladılıb ki, Anadolunun bir hissəsi üzərində Rusiyanın 40 illik nəzarəti dövründə aparılan evin tikintisi zamanı mismardan istifadə edilməyib.

“Memarlıq xüsusiyyətləri və ətraf mühit sayəsində çox vaxt “Yekaterina malikanəsi” adlandırılan bu tarixi bina ziyarətçilərə unudulmaz təəssürat bəxş edir. Bu yer bölgənin “gizli xəzinələrindən” biri hesab olunur”, - deyə qəzet yazır.

Vurğulanır ki, uzun illər tərk edilmiş “Yekaterina malikanəsi” restavrasiya işlərindən sonra böyük mədəni turizm obyektinə çevrilə bilər, bu da Qarsın turizm potensialına əhəmiyyətli dərəcədə töhfə verər.

Qeyd edək ki, Türkiyədə məşhur “Qafqaz qartalı” filminin çəkilişlərinin bir hissəsi 1973-cü ildə məhz “Yekaterina malikanəsi”nin ərazisində aparılıb.

Tarix
2026.07.26 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla