Yuxarı

Norris Qran-prinin qalibi oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Norris Qran-prinin qalibi oldu

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris Formula-1-in 11-ci mərhələsi olan Macarıstan Qran-prisinin qalibi olub.

Axar.az xəbər verir ki, yarış "Hungaroring" avtodromunda keçirilib.

İkinci yeri "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tutub. İlk üçlüyü isə "Mersedes"də çıxış edən italiyalı Kimi Antonelli tamamlayıb.

Hazırkı dünya çempionu olan Norris üçün bu, cari mövsümdə ilk qələbədir. O, daha əvvəl Mayamidə keçirilən mərhələdə ikinci, Barselonadakı yarışda isə üçüncü yeri tutaraq iki dəfə podiuma yüksəlmişdi.

Antonelli pilotlar arasında ümumi sıralamada liderliyini möhkəmləndirib və aktivinə 219 xal yazdırıb. İkinci yerdə "Ferrari"nin britaniyalı pilotu Lyuis Hemilton (169 xal), üçüncü yerdə isə "Mersedes"də çıxış edən həmyerlisi Corc Rassel (160 xal) qərarlaşıb.

Mühəndislər Kubokunda liderliyi "Mersedes" qoruyur (379 xal). Onu "Ferrari" (307 xal) və "McLaren" (220 xal) izləyir.

Növbəti mərhələ avqustun 21-23-də Niderlandda keçiriləcək.

Tarix
2026.07.26 / 22:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla