Yuxarı

Baş nazir istefa verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir istefa verdi

Liviyada yaranmış siyasi çəkişmələr fonunda parlamentdə keçirilən etimadsızlıq səsverməsindən baş nazir Əli Zidan məğlub ayrılıb. 123 deputat onun hakimiyyətdə qalmasının əleyhinə səs verərək, Zidanı faktiki olaraq tutduğu vəzifədən uzaqlaşdırıb.

Baş nazirin işinin etimadsızlıq səsverməsinə qədər gəlib çıxmasına bu həftə yaşanan gərginlik təsir göstərib. Belə ki, şərq əyalətindəki limanı öz nəzarətlərində saxlayan döyüşçü qrup, mərkəzi hökümətə tabe olmayaraq, müstəqil şəkildə neft satacaqlarını bəyan edib. Ölkənin əsas portlarından olan Əl Sidr limanını ələ keçirmiş döyüşçülər hökümətin icazəsi olmadan Liviya limanına daxil olmuş Şimali Koreya bayraqlı tankerə neft doldurmağa cəhd etməklə tərəflər arasında 3 günlük gərginliyin yaşanmasına yol açıb. Liviya konqresinin sözçüsü Ömər Həmdan, Əli Zidanın əvəzinə Müdafiə naziri Abdulla Əl Zaninin müvəqqəti baş nazir təyin olunduğu və deputatların yeni baş naziri seçəcəyi vaxta qədər onun Livan hökümətin başçılıq edəcəyini açıqlayıb.

Bazar ertəsi rəsmi Tripoli qoşunların həmin tankeri nəzarətə götürdüyünü açıqlasa da, döyüşçülər bu məlumatı təkzib edib. Etimadsızlıq səsverməsinə gəlincə, hakimiyyətdən getməsi ilə bağlı baş nazir Əli Zidandan hər hansı şərh gəlməyib bu isə yeni silahlı münaqişə potensialını artırır. Çünki Liviyada siyasətçilərin çoxu regional və ideoloji baxımdan bir araya gələn döyüşçülər tərəfindən dəstəklənir. Çoxlarının konqresin çıxardığı qərara qarşı çıxacağı aydın məsələdir (ANS).

Tarix
2014.03.12 / 09:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

BMT də xəbərdarlıq etdi: Sİ real təhlükədir?

Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla