Yuxarı

DİN-dən Yardımlıdakı şok narko-əməliyyatla bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən Yardımlıdakı şok narko-əməliyyatla bağlı açıqlama

"Yardımlı Rayon Polis Şöbəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəmizə qaçaqmalçılıq yolu ilə aksiz markası olmayan siqaretlər gətirən dəstə ifşa olunub".

Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Yardımlı rayonunda narkotik ticarəti ilə məşğul olan dəstənin həbs edilməsi xəbərinə aydınlıq gətirərkən bildirdi.

E.Zahidov qeyd etdi ki, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları, ölkə üzrə baş verə biləcək ümumən cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı fasiləsiz olaraq mübarizə aparırlar: "Bu il iyulun 16-da Yardımlı Rayon Polis Şöbəsinin və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkəyə qaçaqmalçılıq yolu ilə aksiz markası olmayan siqaretlər gətirən dəstə ifşa olunub. Bu dəstədən külli miqdarda aksiz markası olmayan tütün məmulatı götürülüb. Bununla əlaqədar hazırda 5 nəfər məsuliyyətə cəlb olunub və cinayət işi qaldırılıb. Hazırda istintaq aparılır".

E.Zahidov polkovnik-leytenant Vidadi Əhədovun polis sıralarından qovulması məsələsinə də aydınlıq gətirdi: "Polkovnik-leytenant Vidadi Əhədov daxili işlər orqanlarından qovulmayıb. Rəis müavini V.Əhədov cənab nazirin əmri ilə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb və Daxili İşlər Nazirliyinin sərəncamına verilib".

E.Zahidov Şamil Seyidlinin Yardımlı rayonunun polis rəisi olduğu vaxt hazırda narkobaron kimi adı keçən Sərvər Əmirovun evində qalması və ikincinin bu faktdan sui-istifadə etməsi barədə məlumatları isə təkzib etdi.

Yardımlı polisi ilə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat, naroticarətçilərin həbsi, bir neçə polis əməkdaşının istintaqa cəlb edilməsi və polis sıralarından qovulması barədə yayılan məlumatlarla ətraflı BURADA tanış ola bilərsiniz.

Tarix
2014.08.15 / 14:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla