Yuxarı

Dövlət israfa necə “dur” deyə bilər?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasa hər kəs həssasiyyətlə yanaşır, yas hadisəsinin və məclislərin əhəmiyyəti böyükdür; hətta qanunvericilik belə yaxın ailə üzvlərinin vəfatı səbəbilə məhkumlara qısa müddətlik icazənin verilə biləcəyi nəzərdə tutur.

Yasda israfın olmasının ictimai təhlükə törədən bir yanı yoxdur. İçki içilmir, rəqs olunmur, səs-küy salınmır. Digər tərəfdən, yas məclislərinin sayı da əslində toy məclislərinin sayından daha çoxdur: çünki indi getdikçə oğlan-qız toyu üçün sadəcə bir məclis təşkil olunduğu halda insanlar adətən ayrı-ayrı dünyadan köçür və hərəsinə azı 3 məclis (3, 7, 40, daha sonra - il) qurulur.

Demək, yas məclisləri istehlakı artırır, istehlakın artması da bu məsələdə pozitiv nəticələr yerinə mərhumun ailəsi üçün məsrəflərə səbəb olur. Odur ki, yas məclislərinin sayının azaldılması, ya da orda istehlak olunan qidaların azaldılması sosial dövlət məqsədlərinə uyğundur.

İslam dininə görə, mərhum ailəsi heç bir məclis qurmaz, onların qohumları bu işlə məşqul olmalıdır. Uzaq yerlərdən gələn qonaqlar istisna olmaqla, digərlərinə yemək verilmir. Yas məclisinə gələnlər özləri ilə qənd, halva kimi qidalar gətirir ki, çay süfrəsi üçün belə mərhum ailəsinin xərci çıxmasın. Bu uyqulmanın xeyri, xüsusilə ailə başçılarının və ailəni saxlayan insanın itkisində məlum olur.

Bununla belə, dövlətin dini dövlət olmadığı, azad, demokratik olduğu nəzərə alınarsa, hakimiyyət orqanlarının insanların mədəniyyət, iaşə, istirahət kimi tədbirlərə qarışması düzgün deyildir. Toy və yas məclisləri də bu tədbirlər silsiləsinə aiddir.

Ümumiyyətlə, yas məclisi də müxtəlif aspektlər baxımından qiymətləndirilə bilər. İnsanların bir arada toplanmaları səbəbilə, bir tərəfdən bu, sərbəst toplaşma azadlığının formasıdır. Toplantı sırasında insanların nə yeyib içdikləri də, ümumi azadlıq (hərəkət sərbəstliyi) hüququnun icrasıdır. Hüquq elmi ümumi azadlıq hüququna məhdudlaşdırmanın gətirməsi üçün bəzi səbəblərin varlığını tələb edir. Bunların sırasında iğtişaşların qarşısının alınması, ictimai (can və mal) təhlükəsizliyin qorunması, ümumi sağlamlığın qorunması, ümumi əxlaqın qorunmasını göstərmək mümkündür. Demək, toy, ya da yas məclislərində israf arzu olunmaz bir şey olsa da, dövlət qanunvericilik vasitəsilə bu məsələlərə qarışmamalıdır, ancaq israfın azaldılması üçün təbliğat və həvəsləndirmə həyata keçirə bilər. Bunun əksi ancaq totalitar və avtoritar dövlətlərdə tətbiq oluna bilər.

Lakin bu məsələnin bir də belə bir tərəfi var. Toy və yas məclislərində israfın artmasında əsas günahkarlar şadlıq saraylarının və mərasim evlərinin sahibləri və ya işlədənləridir. Mənfəətlərini artırmaq məqsədi ilə bunlar daim yemək menyusunu və bunun nəticəsidə də qiyməti artırırlar. Onsuz da o yeməklərin böyük bir hissəsi yeyilməyib, digər məclislərdə istifadə olunur. Məsələyə bu baxımdan yanaşıldıqda, məclis salonu sahibi baxımından, bu, sahibkarlıq fəaliyyətinin icrasıdır və dövlətin biznes fəaliyyətinə geniş formada müdaxilə etmə imkanları var. Burda istehlakçı (mərhum ailəsi) hüquqlarının qorunması, xidmətin standartlara cavab verməsi kimi şərtlər tətbiq oluna bilər. Məsələn, mərasim zallarında bugünkü minimal qiymət 10 manatdan başladığı nəzərə alınsa, bu qiymət Tarif Şurası tərəfindən tənzimlənə bilər və 6-10 manat arası müəyyənləşdirə bilər. Sahibkarlar da bu qiymət daxilində yas məclisinin süfrəsini tənzimləyə bilər.

Lakin bu tənzimləmə yenə də həyətində çadır quraraq yas məclisi keçirənə heç cür aid edilə bilməz, o şəxslər istədikləri formada və məzmunda yemək menyusunu seçə bilərlər.

Belə olan halda həll yolu nə olmalıdır?

Yas məclislərində israfı önləmək üçün dövlət sosial reklamlara üstünlük verməli, mərasimləri idarə edən din adamları da müvafiq təbliğat keçirməlidir.

Düşünə bilərsiniz ki, mollalar ancaq yasda oxunan Qurana görə alacağı pulu düşünür və onlardan belə bir altruist addım gözləmək bəlkə də sadəlövlükdür. Lakin vicdanlı din adamları yenə də vardır və bu məsələdə onların məsuliyyəti böyükdür.

Tarix
2014.09.04 / 00:29
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Digər xəbərlər

Zəngəzur yolu dəhlizdir? “Dəhliz” nə deməkdir?

Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla