Yuxarı

Satanovski: “Qafqaz qan çanağına dönəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Yaxın Şərq İnstitutunun direktoru Yevgeni Satanovski İŞİD-ə qoşulan qafqazlı terrorçuların bölgə üçün ciddi təhlükə olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, koalisiya qüvvələrinin İŞİD-ə qalib gəldikdən sonra terrorçuların vətənlərinə dönəcəyini deyən politoloq əsas prosesin bundan sonra başlayacağını bildirib:

"Geri dönən terrorçular Qafqazı qan çanağına döndərəcək. Mən buna əminəm".

Türkiyənin İŞİD-ə qarşı mübarizədə ikili standartlar tətbiq etdiyini deyən rus mütəxəssis bölgə ölkələrinin vahid mövqe nümayiş etdirmədiyini vurğulayıb:

"İran şiə məzhəbi fonunda mübarizəyə qoşulub. Türkiyə PKK-nı zəiflətmək üçün İŞİD və Suriya kürdləri arasında nifaq salır. Türkiyə xüsusi xidmət orqanlarının İŞİD ilə əlaqəsi var".

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan üçün Suriya lideri Bəşər Əsədin başlıca düşmən olduğunu deyən rus mütəxəssis Türkiyənin müxalif qüvvələrə aktiv yardım etdiyini iddia edib:

"Ərdoğan keçmişdə olduğu kimi, indi də Suriya müxalifətinə dəstək verir, digər tərəfdən isə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrini dəstəklədiyini deyir. Beləliklə, Ankara İŞİD ilə mübarizədə ikili yanaşma sərgiləyir".

Tarix
2014.11.04 / 00:30
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla